CRRC Azərbaycan yerli tədqiqat potensialının qurulması məqsədilə tədqiqat və ya sosial elmlər üzrə təlim seriyaları və seminarlar təşkil edir. Bu missiyanın tərkib hissəsi olaraq, 10-11 oktyabr tarixlərində Azərbaycanda ICMPD ilə birlikdə (Beynəlxalq Miqrasiya Siyasəti və İnkişaf Mərkəzi) Avropa Birliyi tərəfindən maliyyələşdirilən MOBILAZE layihəsi çərçivəsində 2 günlük seminar təşkil edilmişdir.
30 müvəffəqiyyətli iştirakçı beynəlxalq miqrasiya mütəxəssisləri və təcrübəli tədqiqatçılar Roland Hosner və Dr. Michaella Vanore tərəfindən təşkil edilən seminarda iştirak etmək və kəmiyyət və qualitative (keyfiyyət) metodları ilə bağlı bir sıra tədqiqat suallarını araşdırmaq imkanı əldə etdilər. Seminarın sonunda iştirakçılar sertifikatlarla təltif olundular. Tədqiqat metodologiyasındakı bütün iştirakçılara uğurlar arzulayırıq və qarşıdakı seminarlarda onları yenidən görməyə ümid edirik.