Tədqiqat metodologiyası təlimləri

Tədqiqat metodologiyası təlimləri
February 13, 2018 crrc

Qafqaz Tədqiqat Resurs Mərkəzi (QTRM) Azərbaycan və Beynəlxalq Miqrasiya Siyasəti İnkişaf Mərkəzi (ICMPD), Avropa İttifaqının maliyyə dəstəyi ilə 30-31 Mart 2017ci il tarixindı Park-Inn otelində ictimai elmlərdə xüsusən də miqrasiya mövzusunda qualitative (keyfiyyət) və kəmiyyət tədqiqat metodları üzrə 2 günlük seminar təşkil etmişdir.

Seminarın təlimçiləri, ICMPD araşdırma mütəxəssisiç Roland Hosner  Maastricht Yüksək İdarəetmə Məktəbinin (Maastricht Graduate School of Governance) tədqiqatçısı, Dr Michaella Varone tədqiqat metodları, miqrasiya sahəsində araşdırmalar aparmaqda metodoloji problemlər, araşdırma etikası, miqrasiya mənbələri, eləcə də məlumatların toplanması və təhlili mövzularında təqdimatlar keçirmişdilər. Təqdimatlarla yanaşı, interaktiv müzakirələr zamanı iştirakçılar özlərinin tədqiqat mövzularö ilə bağlı fərqli perspektivlərlə də tanış oldular.

Seminarın hədəf auditoriyası tələbələri, erkən karyera tədqiqatçıları və digər əlaqəli qurumların nümayəndələrindən ibarət idi. Təhsilləri sosial elmlər, siyasi elmlər, beynəlxalq münasibətlər və iqtisadiyyat yönümlü 30 araşdırmaçı iştirak etdi.