Bakının Şəhərsalma Gündəmi

Bakının Şəhərsalma Gündəmi
March 13, 2018 crrc

Bakı Şəhər Gündəliyi  Avrasiya Əməkdaşlıq Fondu/Baku IdeaLab (AƏF/QTRM) təşəbbüsü ilə təşkil olunaraq 2 gün davam edən tədbir olmuşdur. Bu tədbir ilk dəfə olaraq vətəndaş cəmiyyətinin müxtəlif spektrlardan olan tərəfdaşlarını, şəhər planlaşdırma üzrə mütəxəssisləri və dövlət sektoru nümayəndələrini Bakının şəhər planındakı çətinliklərə daha yaxından nəzər salıb müzakirə etmək üçün bir araya gətirdi.

Şəhər planlaşdırma üzrə mütəxəssislərin hesablamalarına görə 2060-cı ilə qədər dünya əhalisinin 66%-i şəhərlərdə yaşayacaq. Bakı bu hesablamalarda istisna deyil- bu hesablamalara görə 2035-ci ilə kimi 3.9 milyon insan Böyük Bakıda yaşayacaq (bugünkü rəsmi 2.7 milyondan yuxarı) və bunun gerçəkləşməsi üçün əlavə 40000 kvadrat metr yaşayış sahəsi tələb olunacaq.  Yol təhlükəsizliyində davam etməkdə olan kəskin böhrana və şəhərdə yaranan əhali sıxlığına əlavə etməklə qarşımızda duran çətinliklərin daha da artdığını görə bilərik. Tətbiq olunacaq yaradıcı həll yolları şəhər inkişafını təkcə saysız göydələnləri ucaltmaq üçün yox, ‘’cəmiyyət miqyas’’-ında inkişafına təmin yaradacaq şəkildə şəhərin sürətli inkişafına ayaq uydurmalıdır.

Bakı Şəhər Gündəliyitəkcə yerli mütəxəssislərin köməyi ilə həyata keçirilən seminarlar və təqdimatlardan əlavə, urban foto sərgisi, poeziya,  şəhərimizin alternativ görünüşün təsvir edən ‘’visions’’ kollajları həmçinin graffiti instalyasiyası ilə Bakının inkişafına müxtəlif nöqteyi-nəzərdən baxmaq üçün köməklik göstərdi. Bakı Şəhər Gündəliyi  tədbir öncəsi Andreas Dalsgaard-ın Human Scale film nümayişi və ardınca baş tutan olan qeyri-rəsmi tanışlıq ilə həftənin 5-ci günü Yanvarın 26-ı başladı.  Plenar iclas, aşağıda göstərilən müxtəlif mövzular üzərinə müzakirələr baş tutan, seriya seminarlarından ibarət olan tədbir isə 3-cü gün Noyabrın  baş tutdu.

  • ‘’ Polisentrik şəhər’’ mövzusunda gənc memarlar tərəfindən seminar
  • ‘’ Bakının maşınlarla olan eşq macərasına son : şəhərdə dayanıqlı nəqliyyat’’ mövzusu üzrə seminar
  • Adem Tunca tərəfindən data haqqında Məkan aspektindən düşün: GIS 101 şəhərsalma mütəxəssisləri üçün istifadəsi seminarı

Bütün bunlardan əlavə, şəhər planında müzakirə olunan çətinlikləri real konteksdə görüb daha yaxşı anlamaq üçün şəhər məkanlarından birinə səfər təşkil olundu.

Bakı Şəhər Gündəliyi İsveçin Xarici İşlər Nazirliyi və Niderlandiyanın Bakıdakı səfirliyi tərəfindən dəstəkləndi.