Tədqiqat Metodlarını Qafqaz Tədqiqat Resurs Mərkəzi Azərbaycan ilə öyrən

Tədqiqat Metodlarını Qafqaz Tədqiqat Resurs Mərkəzi Azərbaycan ilə öyrən
December 20, 2018 crrc

Qafqaz Tədqiqat Resurs Mərkəzi (QTRM) tədqiqat barəsində ictimai məlumatlılığı artırmaq üçün müxtəlif sahələrdən olan mütəxəssislərin iştirakı ilə “Podcast” seriyalarına start verir.

Müasir texnologiyaların inkişafı nəticəsində artıq informasiya müxtəlif formatlarda və daha əlçatan olaraq istifadəçilərə təqdim edilir. QTRM tədqiqat haqqında informasiyanı ictimaiyyətə daha əlçatan etmək üçün “Podcast” seriyalarını təqdim edir. “Podcast” istədiyiniz yerdə və istədiyiniz zaman kompüter və mobil cihazlarınız vasitəsi ilə onlayn dinləyə və ya yükləyə biləcəyiniz audio formatında olan radio proqram formasıdır.

“Podcast”lar zamanı mütəxəssislər verilən suallar ətrafında öz təcrübələri əsasında danışacaqlar. Mövzular tədqiqatçıların, ekspertlərin və vətəndaş cəmiyyəti və ya ictimai təşəbbüs üzvlərinin tələblərinə uyğun olaraq bu sahədə yüksək təcrübəyə və biliyə malik mütəxəssislərin iştirakı ilə hazırlanacaq. Həmçinin, “Podcast” zamanı mütəxəssislər tədqiqatda yeni inkişaflar, yenilikçi fikirlər və yeni tədqiqat tapıntıları və onların cəmiyyətə müxtəlif təsirləri haqqında danışacaqlar.

Hazırlanan «Podcast» proqramlar Qafqaz Tədqiqat Resursu Mərkəzinin saytında Ana Səhifədə (www.crrc.az) və Mərkəzin “SoundCloud” platformasındakı hesabında toplanacaqdır. “SoundCloud” tətbiqini telefonlar mobil telefona yükləmək və Mərkəzinə hesabına abunə olmaqla telefon vasitəsilə də «Podcast» proqramları dinləmək mümkün olacaqdır.

Siz də, öz tədqiqatınız  və ya tədqiqat haqqında bilik və təcrübələrinizi insanlarla bölüşmək, tədqiqat sahəsində ictimai maarifləndirməni artırılmasına tövhə vermək istəyirsinizsə danışmaq istədiyiniz mövzu, sizə uyğun olan vaxtı və özünüz haqqınızda qısa məlumatı ifarhadli@epdfound.az  elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Həmçinin, “Podcast” hazırlanmasını istədiyiniz mövzu və dinləmək istədiyiniz mütəxəssislərin adlarını da bizimlə bölüşə bilərsiniz.