
EPF/CRRC Azərbaycan sizi məmnuniyyətlə 4 günlük tədqiqat metodları və 1 günlük tədris və kurikulum təliminə dəvət edir.
Seçilmiş iştirakçılar 26-30 iyul tarixlərində intensiv təlimlərdə iştirak etmək şansı qazanacaqlar. İştirakçılar kəmiyyət və keyfiyyət tədqiqat metodlarına, eləcə də tədris və kurrikulum planının hazırlanmasına nəzər yetirəcək və tədqiqat sənədlərinin yazılması qaydaları və nəşrlər üçün mümkün kanallar ilə tanış ediləcəklər.
Maraqlanan namizədlərin (Azərbaycanda təhsil alan azərbaycanlı doktorantura tələbələri) 22 iyul 2021-ci il tarixinədək onlayn müraciət formalarını təqdim etmələri tələb olunur. Təlimlər onlayn formatda aparılacaq və iştirakçıların kameraların açıq formada olacağı şəkildə iştirak etmələri tələb olunacaq. Təlimin gündəliyi seçilmiş iştirakçılar ilə bölüşüləcəkdir.
Təlimçi: Dr. Anar Vəliyev
Tarix: 26, 27, 28, 29 və 30 iyul, 2021
Vaxt: 10:00–17:00 (fasilələr daxil olmaqla)
İştirakçı sayı: 20
Müraciət edənlər: Azərbaycanda təhsil alan azərbaycanlı doktorantura tələbələri
İşləmə dili: Azərbaycan dili
Onlayn platforma: Zoom
Son müraciət tarixi: 22 iyul, 23:00
Seçilmiş iştirakçıların elanı: 23 iyul 2021
Müraciət forması: https://forms.gle/2dhZFxLJk1WQmVWd7