Proqram Assistenti vəzifəsinə müraciət edin

Azərbaycanda qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçən Avrasiya Əməkdaşlıq Fondu (EPF) Azərbaycanda qrantların idarə olunması və proqramlarının idarə olunması sahəsində lider təşkilatlardandır. Onun missiyası insanları sosial ədalət və iqtisadi rifah üçün dəyişiklikləri proqramlarla həyata keçirmək, onların icmalarını və öz həyatlarını yaxşılaşdırmağa kömək etməkdir. Qafqaz Tədqiqat Resurs Mərkəzi (QTRM) Cənubi Qafqazda sosial və iqtisadi tədqiqatların aparılması və təhlilinə, həmçinin Azərbaycanda tədqiqat ictimaiyyətinə dəstək verən AƏF proqramıdır.
İdeal namizəd geniş tapşırıqların idarə olunması və proqram idarəçiliyi, monitorinqi, sənədləşdirilməsi və inzibati məsələlərdə idarə heyətinə dəstək olmaq üçün müstəqil işləyə biləcək təcrübəyə malik olmalıdır.

Vəzifə və öhdəlikləri:

  • Proqramın planlaşdırılması və hazırlanmasının koordinasiyasına kömək etmək;
  • Proqramın fəaliyyət göstəricilərinin vəziyyəti və mərhələlərinə nəzarət etmək;
  • Layihə sənədlərinin tamamlanmasını və müvafiq tərəflərə təsdiq üçün təqdim edilmələrini təmin etmək üçün müvafiq tədbirlər görmək;
  • Menecerlərin diqqətində olan məsələləri müəyyənləşdirmək üçün müvafiq arxiv sənədləri və istinadları tədqiq etmək;
  • Tədbirlərin, konfransların və seminarların təşkil edilməsinə kömək etmək;
  • Proqram materiallarının yaradılmasına və proqram fəaliyyətlərini əks etdirən hesabatların hazırlanmasına kömək göstərmək və digər təbliğat materiallarını hazırlamaq;
  • Facebook, Twitter, və s. social şəbəkələrdə olan EPF / CRRC səhifələrində sosial media mövcudluğunu idarə etmək;
  • Daxili və xarici sənədlərin ingilis və azərbaycan dillərindən tərcüməsinə kömək etmək;
  • Nəzarətçi tərəfindən təyin edilmiş digər vəzifələri yerinə yetirmək.

Tələblər:

  • Sosial elmlər üzrə magistr dərəcəsi: xüsusilə beynəlxalq münasibətlər, siyasi elm, sosiologiya və ictimai siyasət üzrə;
  • Layihənin həyata keçirilməsində minimum 1-2 il iş təcrübəsi;;
  • SMM bacarığı arzuolunandır;
  • Vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq qurumlar ilə iş təcrübəsi üstünlükdür;
  • Tez öyrənmə bacarığı və tənqidi düşüncəni nümayiş etdirmək;
  • Yaradıcı, detal yönümlü, bacarıqlı və öz-motivasiyali olmalıdır;
  • Təzyiq altında sakit və profesional münasibəti saxlamaq bacarığı;
  • Yüksək keyfiyyətli işlərin sürətlə istehsal edilməsi zamanı çoxsaylı layihələri idarə etmək və son müraciət tarixlərini keçməmək bacarığı vacibdir;
  • Azərbaycan və ingilis dillərində mükəmməl yazı və redaktə bacarıqları tələb olunur (rus dili arzu olunandır);
  • MS Office proqramlarında peşəkarlıq.

Maraqlanan namizədlər info@epfound.az ünvanına izahat məktubu və CV-lərini 9 sentyabr  2018-ci il saat 23: 00-a qədər göndərməldirlər. Xahiş edirik mövzu xəttində müraciət etdiyiniz vəzifəni qeyd edin. Yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq. EPF / CRRC, müraciət üçün son tarixdən əvvəl vəzifəyə işçi qəbul etmək hüququnu saxlayır.