3-cü Mobilaze Miqrasiya Araşdırma Metodları Seminarı

AƏF/QTRM və ICMPD, sizi 2018-ci il fevralın 12-15-də Bakıda keçiriləcək AB-nin maliyyələşdirdiyi MOBILAZE layihəsi çərçivəsində 4 günlük seminara dəvət edir. İnteraktiv iclas iştirakçıları praktiki bacarıqlarla təmin etmək məqsədi ilə geniş mövzu tədqiqat metodları müzakirə edilib. Müvəffəqiyyətli ərizəçi layihədə dörd gün iştirak etmək üçün hazır olmalı və öz tədqiqat layihələrində bacarıqları istifadə etmək üçün yüksək motivasiyalı olmalıdır. Maraqlanan namizədlər onlayn müraciət formasını təqdim etməlidirlər. Son tarix 6 fevraldır. Seçilən namizədlər noutbuklarını praktik məşqlər üçün sessiyalara gətirməlidirlər. Ərizəçilər müraciətdə iştirak etmək istədikləri seminarları qeyd etməlidirlər.

Müraciət üçün ərizə:

https://docs.google.com/forms/d/1WPbQU9cmZrtkmVCf5ZddTDWGJ43JWHkBJZEIuUZ2nU4/edit?usp=sharing

Sertifikatlar yalnız dörd gün ərzində  iştirak edən şəxslərə veriləcəkdir. Suallar/texniki dəstək üçün zasgarova@epfound.az ünvanına müraciət edin.

Təlimçilər: Mikaella Vanor, Maastricht Graduate School of Management’da tədqiqat işçisi. İdarəetmə məktəbində gördüyü işlər zamanı Michaella Avropa Komissiyası, İOM, ICMPD, Hollandiya Xarici İşlər Nazirliyi, OxfamNovib, UNICEF (İran, Qazaxıstan, Moldova), UNDEF və Hollandiyadan sahibkarlıq inkişaf bankı (FMO)ilə çalışıb . Ətraflı məlumat üçün: 

https://www.merit.unu.edu/about-us/profile/?staff_id=1330

Tədqiqatçı Roland Hosner, Vyana Universitetini “Sosiologiya” ixtisası üzrə bitirib. Hazırda Roland Gürcüstanda miqrasiya idarəetməsinin dəstəklənməsi üzrə davam edən layihənin (ENIGMMA) tədqiqat komponentləri ilə məşğul olur. Yaxın zamanda Avstriyaya (LEGINT) köçən miqrantlar arasında panel sorğusunun qurulması məqsədi ilə bir  tədqiqatını tamamlayıb və ICMPD-də araşdırma dizaynı, miqrasiya və inteqrasiya statistikası üçün bir mərkəz kimi xidmət göstərir. Ətraflı məlumat üçün: 

http://research.icmpd.org/about-us/staff/roland-hosner/

Paul Baumqartner ICMPD “Siyasət” bölməsində siyasət üzrə analitikdir. İxtisasca iqtisadçı olan Paul, miqrasiya tədqiqatları sahəsində sağlam bilik və təcrübə qazanıb. Onun yaxın zamanda etdiyi araşdırma, Aİ üzvü olan ölkələr arasında sığınacaq məsuliyyətinin paylaşılması, sığınacaqlarla bağlı statistika və qaçqınların əmək bazarının inteqrasiyası təhlili üzərində dayanır. Onun akademik maraqları sığınma siyasəti və kəmiyyət metodları ilə bağlıdır.

000