Təcrübə Proqramı üçün Elan

AƏF/QTRM Azərbaycan təcrübə proqramına müraciət qəbulunu elan edir.

Haqqında:

Azərbaycanda qeyri-hökumət təşkilatı olaraq qeydiyyatdan keçmiş Avrasiya Əməkdaşlıq Fondu (AƏF), proqramlar vasitəsilə insanlara sosial ədalət və iqtisadi rifah üçün dəyişikliklərin həyata keçirilməsini gücləndirmək məqsədi daşıyır, onların icmalarını və öz həyatlarını inkişaf etdirməyə kömək edir.

Qafqaz Tədqiqat Resurs Mərkəzi (QTRM) Cənubi Qafqazda sosial və iqtisadi tədqiqatların aparılması və təhlilinə fokuslanan və Azərbaycanda tədqiqat ictimaiyyətinə dəstək verən AƏF proqramıdır.

 

Vəzifələri:

Təcrübəçilər nəzarətçinin tələbinə uyğun olaraq idarəetmə, tədqiqat, gənc təşəbbüslər, kommunikasiya və digər sahələrə cəlb olunacaqlar. Təcrübə mövqeyi hazırda ödənişli deyildir və seçilmiş təcrübəçilərdən həftədə 20 saat işləməsi tələb olunur.

Tələblər:

  • Universitet və ya ekvivalent institutda ən azı iki il tam zamanlı bakalavr təhsilini tamamlamış olmalı;
  • Vaxtın idarə edilməsi bacarığı, eyni anda müxtəlif tapşırıqları yerinə yetirə bilmə qabiliyyəti və işi prioritetləşdirmək;
  • Sürətli öyrənmə bacarığı, tənqidi düşüncə və problemləri həll etmək bacarığı
  • Yaradıcı, detal yönümlü, bacarıqlı və motivasiyalı olmalıdır;
  • Təzyiq altında sükunət və peşə münasibətini saxlamaq bacarığı;
  • Yeni sahələrdə öyrənməyə və işləməyə həvəs və maraq göstərmək;
  • Azərbaycan və İngilis dilində yazılı və şifahi ünsiyyət bacarıqları.

 

Müraciət:

Maraqlanan namizədlərə keçmiş fəaliyyətlərinin, təcrübələrinin və bu təcrübə proqramı ilə maraqlanma səbəblərini əks etdirən əhatə məktubunu (cover letter) və rezumelərini info@epfound.az   adresinə göndərməkləri təklif edilir. Zəhmət olmasa, mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını qeyd edəsiniz. Yalnız qısa siyahı üçün seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. AƏF/QTRM Azərbaycan müraciət tarixi başa çatmadan vakansiyanı doldurmaq hüququnu saxlayır.

AƏF/ QTRM Azərbaycan haqqında daha ətraflı məlumat üçün  http://crrc.az/ daxil olun.