Sosial Elmlər Tədqiqatçıları üçün 2 günlük seminar

Avrasiya Əməkdaşlıq Fondu / Qafqaz Tədqiqat və Resurs Mərkəzi (EPF / CRRC) və Beynəlxalq Miqrasiya Siyasəti və İnkişaf Mərkəzi (ICMPD), Avropa Birliyi tərəfindən maliyyələşdirilən MOBILAZE layihəsi çərçivəsində 2 günlük seminar təşkil etmişdir. Araşdırmaq istədiyiniz ictimai bir fenomen var, amma necə etməli olduğunuzdan əmin deyilsiniz? Azərbaycanda və geniş miqyaslı regionlarda miqrasiya nümunələrini anlamağa kömək edəcək tədqiqatlardan necə istifadə edildiyini öyrənmək istəyirsinizmi? Digər sahələri araşdırmaq üçün empirik tədqiqat üçün istifadə edə biləcəyiniz vasitələr haqqında bilmək istəyirsinizmi? 30 müvəffəqiyyətli müraciətçi  beynəlxalq miqrasiya mütəxəssisləri və təcrübəli tədqiqatçılar Roland Hosner və Dr. Michaella Vanore  tərəfindən 10-11 oktyabr 2017-ci il tarixləri arasında 2 gün keçirilən seminarda iştirak etmək üçün dəvət edildilər. İnteraktiv keçrilimiş sessiyalarda həm kəmiyyət, həm də qualitativa (keyfiyyət) metodlarının əhatə edəcəyi tədqiqat sualları, həm də bu metodları xüsusilə miqrasiya məsələsinə necə tətbiq  edilməsi öyrədilmişdir.

Təlimçilər:

Roland Hosner, Viyana Universitetinin Sosiologiya fakültəsində məzun olub və Azərbaycanda Miqrasiya İdarəetməsi dəstəkləyən MOBILAZE Layihəsinin tədqiqat komponentləri ilə məşğul olur. Tədqiqat dizaynı və inteqrasiya statistikası daxil olmaqla kəmiyyət vasitələrində əhəmiyyətli təcrübəyə malikdir.
Dr Michaella Varone Maastricht Yüksək İdarəetmə Məktəbinin(Maastricht Graduate School of Governance) tədqiqatçısıdır. Burada o, miqrasiya və inkişaf üzrə təqdiqat və öyrətmədə 6 il keçirmişdir. O, miqrant uşaqlar arasındakı kasıblıq, miqrasiyanın uşaqlara və yaşlılara təsiri, diasporanın iştirakı, pul köçürmələri və münaqişə və münaqişə sonrası parametrləri ilə əlaqəli layihələrdə işləmişdir.