Elnarə Səlimova

Elnarə Səlimova Avrasiya Əməkdaşlıq Fondunun maliyyə işləri ilə məşğul olur. Elnarənin maliyyə sahəsində 6 illik təcrübəsi var.  O,  müxtəlif yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarında maliyyəçi kimi çalışıb. 2015-ci ilin dekabrından Avrasiya Əməkdaşlıq Fondunun maliyyə meneceri vəzifəsində çalışır. Elnarə bakalavr və magistr dərəcəsini Bakı Dövlət Universitetində alıb. O, bir çox yerli və beynəlxalq maliyyə kursları vasitəsilə öz bilik və bacarıqlarını inkişaf etdirməyə davam edir, həmçinin insan resurslarının idarə edilməsi və satınalma sahələrində beynəlxalq prinsiplər və ən yaxşı təcrübələrlə maraqlanır. Elnarə, müxtəlif mədəniyyətlərdə və kontekstlərdə səmərəli şəkildə çalışa bilir, gender və həssas məzmunlu məsələlərlə maraqlanır. Onun vəzifəsi gündəlik işlərdə  əməliyyat komitəsinə köməklik göstərmək, heyətin idarə olunması, inzibati və maliyyə ehtiyacları məsələlərini idarə etməkdir.