Nailə Haşımova

Nailə Haşımova Qafqazda və Mərkəzi Asiyada qeyri-kommersiya idarəçiliyi, strateji planlaşdırma, ictimai siyasətin inkişafı və potensialının artırılması sahəsində   beynəlxalq inkişaf üzrə 20 illik təcrübəyə malikdir.  O, vətəndaş cəmiyyətinin ictimai nəzarəti və hökumətlə vətəndaş cəmiyyəti, yaxşı idarəetmə, insan hüquqları və demokratikləşmə məsələləri ətrafında səmərəli təşviq bacarığını gücləndirmək məqsədi ilə proqramlara nəzarət edib. O, həm Azərbaycanda, Qafqaz regionunda, həmçinin Orta Asiya ölkələrinda təlim modulları hazırlayıb və vətəndaş cəmiyyəti təşkilatları üçün potensial boşluqları aradan qaldırmaq üçün bir sıra təlimlər keçib. Sosial siyasət məsələləri ətrafında effektiv təbliğat və ictimai təşviqat, inkişaf yardım proqramlarının monitorinqi və qiymətləndirilməsi, VCT idarəetməsi, proqram və maliyyə idarəetməsi üzrə təcrübəyə malikdirş Xanım Haşimova Dünya Bankı, Avropa Komissiyası və USAID kimi beynəlxalq qurumlar, eləcə də geniş korporativ donorlarla iş təcrübəsinə malikdir. O, tibb təhsilini Azərbaycan Dövlət Tibb Universitetində alıb, həmçinin Norveç, Rusiya və Uelsdə yaşayıb və təhsil alıb.