Nərgiz Quliyeva

QTRM Azərbaycana qoşulmazdan əvvəl, Nargiz Quliyeva Nyu-York şəhərində həbs olunan qadınlara xidmət edən Greenhope-da məlumat təhlili üzrə mütəxəssis kimi çalışıb. O, sosial proqramların keyfiyyətinin yaxşılaşdırılması və dataya əsaslanan qərarların qəbul edilməsi üçün təşəbbüslərə rəhbərlik edib. Nərgiz Quliyeva karyerasını insan alveri qurbanları ilə iş üzrə başlayıb və daha sonra Şərqi və Qərbi Afrikada insan alveri hallarını və müasir köləlik sahələrini müəyyənləşdirmək üçün məsləhətçi kimi işləyib. O, beynəlxalq təşkilatların idarə olunması, sosial rifah siyasəti , statistikaya giriş fənnləri üzrə Kolumbiya və Fordham Universitetlərində birgə tədris aparıb. Nargiz Quliyeva Azərbaycan Dillər Universitetinin “Regionşünaslıq və Beynəlxalq Münasibətlər” fakültəsində bakalavr, Kolumbiya Universitetinin isə Beynəlxalq Sosial Rifah ixtisası üzrə magistr dərəcəsində təhsil alıb.