Reg CRRC Regional Am CRRC Armenia Az CRRC Georgia
CRRC Azerbaijan
English
TəQAüD PROQRAMı

- Təqaüd Proqramı haqqında

- Hazırkı Təqaüdçülərimiz

- Kiçik Təqaüd Proqramları 2013-2014

- 2010-2011 Təqaüdçüləri

- 2005-2010 Təqaüdçüləri

2005-2010 Təqaüdçüləri


 

QTRM təqaüd qrantı 2004-2011-ci illərdə Cənubi Qafqazda yeni siyasi yönümlü tədqiqatlar aparmaq istəyən tədqiqatçılara dəstək olmaq məqsədi ilə keçirilən proqram olub. QTRM iqtisadiyyat, sosiologiya, demoqrafiya və digər sosial elmlər sahəsində siyasi mövzuda olan məsələlərin təhlili üçün tədqiqatçılara təqaüdlər verirdi. Təqaüdçülər apardıqları tədqiqatı tamamlamaq üçün QTRM Məlumat Toplanması Təşəbbüsü (Qafqaz Barometri) vasitəsilə əldə olunan məlumatdan istifadə etməklə yanaşı, yeni və mövcud məlumat mənbələrindən də istifadə edirdilər. Təqaüdçülər həmyaşıdların ərizələri nəzərdən keçirməsi eləcə də aparıcı praktiki fəaliyyətlə məşğul olan şəxslər və tədqiqatçılardan ibarət təqaüd seçmə komitəsi tərəfindən müsabiqə yolu vasitəsilə seçilirdilər.

 

Bu təşəbbüsün nəticəsi olaraq, Azərbaycanda bir neçə təqaüdçü Millətlər Tədqiqatı (Nationalities Papers), Müqayisəli Sosial Rifah jurnalı (the Journal of Comparative Social Welfare), Avropada Ali Təhsil (Higher Education in Europe) kimi nüfuzlu jurnallarda öz tədqiqatlarını nəşr ediblər. 

 

Əgər siz Təqaüd Proqramımız ilə maraqlanırsınızsa, bizim QTRM təqaüdçüləri və onların araşdırdıqları mövzular haqqında burada məlumat ala bilərsiniz.

 

 


 

Təqaüd 2010 

Sevil Huseynova

 

Sevil Hüseynova 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 2006-2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Sosiologiya Departamentində doktorantura təhsilini almışdır. 2007-2010-cu illərdə Azərbaycanda Almaniyanın Heinrich Boell Fondunu təmsil etmişdir. 2010-cu ildən etibarən o, Berlin Humboldt Universitetinin Avropa Etnologiyası İnstitutunda doktorantura təhsilini almağa başlamışdır. Etnik məxsusluq və sərhədlər, diaspor icmaları və yerli identifikasiyalar onun tədqiqat maraqlarını təşkil edir.

 

Tədqiqat haqqında:


Onun tədqiqat lahiyəsi Azərbaycanda Yəhudi İcmasının təşkilati xüsusiyyətləri və Bakıda yaşayan Yəhudilərin gündəlik həyatı ilə bağlı idi. Əsas məqsəd və sual: Yəhudi Təşkilatı şəbəkəsinin (dini və dünyəvi) təşkilati strukturu Sovetdən və Sovetdən sonra düşüncəsində necə dəyişmişdir.

 

Turxan Sadiqov


Turxan Sadiqov magistr təhsilini 2009-cu ildə Cənubi Karolina Universitetində Beynəlxalq Əlaqələr ixtisası üzrə almışdır. O, 2007-2009-cu illərdə Edmund Muskie təqaüdçüsü olmuşdur. 2003 və 2004-cü illərdə o, Macarıstanın Mərkəzi Avropa Universitetində təhsil almışdır. Onun hazırkı tədqiqatı Post-Sovet regionunda geniş əhali təbəqəsinin sosial seçimlərinə təsir edən faktorlar haqqındadır. Əsas diqqət isə əhalinin təşəbbüsü ilə olan korupsiya və sosial siyasi müasirləşmə məsələlərinə verilmişdir. Sadiqov Azərbaycanda bir neçə universitetdə dərs vermişdir. Bundan əlavə o, müxtəlif Azərbaycan və beynəlxalq qurumlar üçün tədqiqat işləri aparmışdır. Hazırdı o, azad konsultant olaraq fəaliyyət göstərir.

 

Tədqiqat haqqında:


Təklif edilən tədqiqat Azərbaycanda ali təhsil müəssisələrində korrupsiyanın səbəbləri - ali təhsildə universitet tələbələrinin korrupsiyaya qarşı münasibətlərinin indiyədək araşdırılmayan mövqeləri vurğulanmışdır.

 


 

Təqaüd 2009 


Sergey Rumyansev


Sergey Rumyansev Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq institutunda tədqiqatçı təqaüdçü olaraq sosial elmlər namizədidir. Millətçilik, xüsusilə, post-Sovet Azərbaycan ideologiyasının analizi kontekstində, Cənubi Qafqaz regionunda olan etnik münaqişələr və və düşmən təsvirinin quruluşu, etnik və dini bənzərlik, etno-milli diasporaların quruluşu siyasəti onun əsas tədqiqat maraqlarını təşkil edir.

 

Tədqiqatı haqqında:


Tədqiqatın mövzusu Azərbaycan etno-milli Diasporasının quruluş prosesidir. 1990-cı illərdə etnik Azərilər Azərbaycandan kənarda yaşayan etnik Azərilər Azərbaycan siyasi rəhbərliyindən siyasi, ideoloji və maliyyə dəstəyi almaqla etno-milli icma- diaspor yaratmağa başladılar. Diasporanın yaradılması prosesinin əsas komponenti bir çox təşkilatları qəbul edən ölkələrdə etnik fəallar tərəfindən yaradılmasıdır.

 

Dilarə Cəfərova 


Dilarə Cəfərova İnkişafın İdarəolunması üzrə magistr təhsili almışdır. Əsas tədqiqat maraqları əsasən dağlıq ərazilərdə ətraf mühit və israfçılığın idarəolunmasıdır.

 

Tədqiqatı haqqında:


Onun tədqiqat sahəsi Azərbaycanın dağlıq hissələrində bərk tullantılar ilə əlaqəli yerli əhalinin üzləşdiyi problemləri aşkar etmək və ayrılmayan tullantıların zəif idarə olunmasında olan səhvləri araşdırır. Tədqiqat bu ərazilərdə yaşayan yerli və ziyarətçilərin tullantılara necə davranmalarını anlamağa imkan yaradır və problemlərin həll olunması yönündə strategiyalar təklif edir.

 

Günay Rzayeva

Günay Rzayeva bakalavr dərəcəsini 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq əlaqələr fakültəsində, magistr dərəcəsini iə Beynəlxalq Əlaqələr ixtisası üzrə almışdır. Bundan əlavə o, 2003-cü ildə Hamburq Universitetinin Sülh və Təhlükəsizlik İnstitutunda magistr təhsili almışdır.

 

Tədqiqatı haqqında:


Tədqiqat Azərbaycanda müasir gənclik və nəsillərarası əlaqələr və onların demokratikləşmə prosesinə təsirini araşdırır. Gənc nəsildə və nəsillərarası əlaqələrdə qeyri-bərabərliyin Azərbaycanda demokratikləşmənin formalaşdırılmasında əsas maneə olması onun tədqiqatının əsas fərziyyəsini təşkil edir.

 

 


 

Təqaüd 2008 

Ağanemət Ağayev


Ağayev Ağanemət Magistr dərəcəsini Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit ixtisasını bitirmişdir və hazırda Maliyyə, Pul Dövriyyəsi və Kredit fakültəsində doktorantura təhsili alır. Onun bir neçə məqaləsi müxtəlif yerli jurnal və qəzetlərdə çıxmışdır; O, iki kitab yazmış və üç kitabın yazılmasında ortaq müəllif olmuşdur. O, bir neçə beynəlxalq elmi və praktiki konfranslarda fəal şəkildə iştirak etmişdir.
Tədqiqatı haqqında: 


Bu tədqiqatın əsas məqsədi Azərbaycanda uşaqlar evini tərk etdikdən sonra yeniyetmələr üçün olan gələcək imkanların araşdırılmasıdır. Tədqiqatda əsas irəli sürülən fikir ondan ibarətdir ki, uşaq evindən çıxanların həyat səviyyəsi yoxsulluqdan da aşağıdır. Qeyd edilən fikir iki uşaq evində sorğular və müsahibələr apararaq tədqiq edilmişdir. 

 

Təqaüd 2007

Azər Ələsgərov 


Azər Ələsgərov Azərbaycan Milli Bankında Pul Siyasəti Şöbəsinin Pul və Dəyişmə Məzənnəsi Siyasəti bölməsinin rəhbəridir. O, müxtəlif yerli jurnal və qəzetlərdə 80-dən çox nəşrin və məqalələrin müəllifidir. O, keçmiş Sovet Respublikalarında tədqiqat aparmış və müxtəlif akademik və müxtəlif konfransların iştirakçısı olmuşdur. O, magistr dərəcəsinin İqtisadiyyatın Tənzimlənməsi ixtisası üzrə  Azərbaycan Dövlət İqtisad Universitetində bitirmişdir və hazırda burada doktorluq dissertasiyasl üzərində çalışır. 

 

Tədqiqatı haqqında: 


Azər Ələsgərov ölkədə yoxsulluğun azaldılmasında mikro-maliyyə istiqrazlarının təsirini araşdırı və mikro-maliyyə proqramlarının gələcəyini qiymətləndirir. O, əsasən, kiçik miqyaslı istiqrazların yoxsulluğun aradan qaldırılmasına səmərəliliyinin  istiqrazın dəyərindən daha çox onun istiqamətindən asılı olub-olmamasını tədqiq edəcək. Təqaüdçü bu mövzuda olan ədəbiyyatları təhlil edəcək və mövcud olan miqdari məlumatları analiz edəcəkdir. Bu analiz sorğu üçün əsas rol oynayacaq. Bunun üçün o, Naxçıvanda və Lənkəranda 200 borc götürən arasında ona yaxın müsahibə keçirəcək və mikro-maliyyə idarələrinin ekspert və heyətindən ibarət fokus qrup ilə çalışacaqdır. Bu tədqiqatın nəticələri və tövsiyyələri İqtisadi və Beynəlxalq İqtisadi xülasədə sosial iqtisadi xülasə olaraq nəşr üçün təqdim ediləcəkdir. Bu tədqiqatın əsas məqsədi Azərbaycanda mikro-maliyyə proqramlarının əsas inkişafına nail olmaq və eləcə də, gələcəkdə bu sahədə tədqiqat üçün əsas baza rolunu oynamaqdır.

 

Rafael Həsənov


Hazırda Rafael Həsənov Azərbaycan Dillər Universitetində Təhsil və Sosial Tədqiqatın qiymətləndirilməsi mərkəzinə rəhbərlik edir. Bundan əlavə o, on ildən artıq bir müddətdə Azərbaycanın bir sıra universitetlərində sosiologiya ilə əlaqəli fənnləri tədris etmişdir. O, siyasi və sosiologiya elmlərində 50-dən çox nəşrin müəllifidir və regional mütəxəssislər üçün dəyişim proqramının, inkişaf proqramı fakültəsinin və vətəndaşlıqi təhsil kurrikulumunun inkişafı lahiyələrinin əməkdaşı olmuşdur. 

 

Tədqiqatı haqqında: 


Onun tədqiqat işi Bakı, Xaçmaz və Lənkəran bələdiyyələrində vətəndaşlıq iştirakının sosial kapitalın rolunu tədqiq edəcək və xüsusilədə bu vətəndaşlıq iştirakı normalarının yerli hökümətin fəaliyyəti və ictimai həyatın keyfiyyəti ilə necə əlaqəli olması məsələsinə toxunacaq.  O, zəif icma formalaşdırılması bacarıqları və aşağı səviyyəli yardım, bu regionlarda insanlar arasında əməkdaşlıq və inamın onların cəmiyyətdə zəif iştirakı üçün əsas faktor olması fərziyyəsini araşdırır. Bunun üçün o, hər bir regionda 100 respondent arasında sorğu və əhalinin müxtəlif kateqoriyaları ilə 3 fokus qrup müşahidəsi keçirəcək. Sorğu və fokus qrup məlumatları Ədliyyə Nazirliyinin bələdiyyələri ilə iş mərkəzinin nümayəndələri, müxtəlif QHT-lər və bələdiyyə üzvləri, eləcə də, ətraflı təhlil, məzmun və qanunvericiliyin analizi ilə tamamlanacaqdır. Tədqiqatçl nəticələri və tövsiyyələri Ekho gündəlik və Avropa-Asiya Elmləri və ya Mərkəzi Asiya Sorğusuna təqdim etməyi planlaşdırır. Bundan əlavə, bu tədqiqat onun siyasi sosiologiya üzrə hazırlanan məlumat kitabçasının bir fəsli olacaqdır. Bu tədqiqat Azərbaycanda Ədliyyə Nazirliyində Bələdiyyələr üzrə İş Mərkəzi, USAİD, UNDP, Dünya Bankı, Oxfam və Seçki Sistemləri üzrə Beynəlxalq Fond kimi bələdiyyələr ilə məşğul olan müvafiq yerli və beynəlxalq qurumların gələcək islahat və siyasətlərinin formalaşmasında əsas baza rolunu oynayacağı gözlənilir.

 

Elvin Əfəndi 

Elvin Əfəndi Asiya İnkişaf Bankının Azərbaycan üçün texniki yardım lahiyəsinin əməkdaşıdır. Bundan əvvəl o, Azərbaycan İqtisadi İnkişaf Nazirliyində İqtisadi İslahatlar Mərkəzində baş ekspert olaraq çalışmışdır. O, eyni zamanda, Xəzər Universitetində tədris edir və USAİD, UNDP, Açıq Cəmiyyət İnstitutu kimi tədqiqatçı qrupların üzvü olmuşdur. O, iqtisadi sahədə əsasən yoxsulluq məsələlərini əhatə edən ondan çox nəşrin müəllifidir. O, Azərbaycan Döbvlət İqtisad Universitetində İqtisadiyyat üzrə magistr dərəcəsi almış və hazırda doktorluğa namizəddir.

 

Tədqiqatı haqqında: 


Ermənistan, Azərbaycan və Gürcüstanda subyektiv rifahın əsas faktorları nədir? Subyektiv rifah anlayışında digər seçimlər arasında təhsil, yaşayış yeri və ailə başçısının cinsinin təsiri nədir? Niyə bu faktorlar Cənubi Qafqazın üç ölkəsində subyektiv rifaha müxtəlif şəkildə təsir edir? Elvin Əfəndi QTRM-nin Məişət sorğusu məlumat bazasının ümumi analzini edərək bu suallara cavab verməyə çalışacaqdır. Təqaüdçü növbəti altı ayda bir neçə fərziyyəni irəli sürür. Məsələn, tədqiqatçı ailə başçısının yaşının təhsil və ailə başçısının genderi ilə müqayisədə subyektiv rifahına daha az təsirinin olması mühakiməsini irəli sürür; Gürcüstan və ya Ermənistan ilə müqayisədə Azərbaycanda ailənin növünün (şəhər/kənd) subyektiv rifaha daha çox təsiri vardır. Bu tədqiqat Cənubi Qafqazda müxtəlif faktorlar ilə əlaqədar dəyişən onlara vətəndaşların rəsmi göstərilən subyektiv məmnunluqları ilə müqayisə etməyə imkan verərək siyasət təsisçiləri və inkişaf icması üçün mühüm baza olmağı qarşısına məqsəd qoyur. Bu onlara yoxsulluğun azaldılması üçün daha uyğun və səmərəli siyasi tədbirlərə fokuslanmağa imkan verəcək. Tamamlanmış iş Sosial Siyasət, Şərqi Avropa İqtisadiyyatı və Yoxsulluq jurnallarına çapa veriləcək. 

 

İlham Abbasov

İlham Abbasov Azərbaycan Milli Elmlər Akademiyasında Fəlsəfə, Siyasət və Hüquqi Elmlər İnstitutunda tədqiqatçı əməkdaşdır və “Novator” Tədqiqat Mərkəzində ekspertdir. Müxtəlif akademik nəşrlərin müəllifi olaraq o, bir sıra yerli və beynəlxalq təşkilatlarda keyfiyyət və kəmiyyət yönümlü tədqiqatların planlaşdırılmasında iştirak etmişdir. O, magistr təhsilini Bakı Dövlət Universitetində Sosiologiya fakültəsində, doktorantura təhsilini isə Azərbaycan Milli Elmlər Akademiyasında Sosial Fəlsəfə üzrə almışdır.

 

Tədqiqatı haqqında: 


İlham Abbasov post-Sovet Azərbaycanda rus, ləzgi, talış və avar etnik azlıqlarının institutlaşması formalarını son on ildə ölkədə formalaşmış milliyyətlər siyasəti təcrübəsinə qarşı olaraq tədqiq edəcək. Tədqiqatçı etnik mənsubiyyət haqqında formalaşan ictimai müzakirədə etnik icma fəallarının rolunu və onların müvafiq icmaları necə təqdim etmələrini araşdıracaq. Onun fikrinə əsasən, icmaların təsdiqlənmiş maraqlarının azlıq elita tərəfindən təqdim edilməsi adi azlıq üzləri arasında ictimai institutlara qarşı inamı azaldır çünki, əksər elita demokratik şəkildə seçilməmişdir. Bu isə Azərbaycanın azlıq qrupların üstünlük təşkil etdiyi regionlarında demokratikləşməyə əks təsir göstərə bilər, çünki bu adi vətəndaşlara qərarların verilməsi prosesində iştirak etməkdən çəkindirir. Bu tədqiqatın məqsədi adi icraçı perspektivlərini azad etmək və onları rəsmi müzakirə ilə müqayisə etməkdir. Dörd etnik icma daxilində müxtəlif müzakirələr və institutlaşmanın cəhətləri bir-birilə müqayisə ediləcəkdir. Tədqiqatçı hər bir etnik qrupun olduğu regionda seçilmiş üzvlər ilə yüzdən artıq, müxtəlif qrup fəalları, dövlət nümayəndələri ilə isə on iki müsahibə iki fokus qrup və eləcə də, birinci növ mənbə analizi həyata keçirəcəkdir. Tədqiqatçı işini Diaspora, Mərkəzi Asiya və Qafqaz və ya Şərq-Qərb: Sivilizasiya Dialoqunda nəşr etməyi, tövsiyyələrini isə akademik icmaya təqdim etməyi düşünür. Bu tədqiqat demokratik ölkələrin təcrübələrinə nəzər yetirərək etnik azlıqlar ilə əlaqəli milliyyətçi siyasətlərə dəyişikliklər edilməsinə təkan yarada bilər.

 

Təqaüd 2006


Fuad Məmmədov 


Fuad Məmmədov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Mədəniyyətşünaslıq üzrə professordur və tarix, mədəniyyət və elm nəzəriyyəsi üzrə 150-ə yaxın işin, o cümlədən, monoqrafiyaların, dərsliklərin və redaktələrin müəllifidir.

 

Tədqiqatı haqqında:

 

Fuad Məmmədov Azərbaycanda həbsxanada olan qadınların ailələri ilə olan münasibətini araşdırır və ayrıca qadınlar və kişilər arasında cəmiyyətdə mövcud olan münasibət və normaları tədqiq edir. Bundan əlavə onlar azadlığa çıxdıqdan sonra yeni həyata başlamaq üçün mümkün olan imkanları və mövcud vəziyyətləri araşdırır. Tədqiqatçı komandası ilə birlikdə qadın dustaqlar ilə müsahibələr və fokus qruplar keçirmiş və cəmiyyətdə qadın problemləri və ailə qrupları məsələləri ilə məşğul olan QTH-lər ilə sorğu keçirmişdir. Sorğu 18 yaşından yuxarı qadınlar və kişilər arasında bərabər sayda həyata keçirmişdir. Tədqiqatçı dustaq olanların cəmiyyətdə sonrakı həyatında sosiallaşma problemlərini və ümumilikdə dustaq olmuş qadınların ailələri tərəfindən qəbul olunması məsələsini araşdırmışdır. Tədqiqatın əsas məqsədlərindən biri qadın dustaqların sonrakı həyatlarında cəmiyyətə asanlıqla inteqrasiyasının təmin edilməsidir.
Tədqiqat keçmişdə laqeydliklə yanaşılmış bu məsələni diqqət önünə gətirərək gender məsələləri müzakirələrinə töhvə və eləcə də, qadın məhkumların gələcəkdə cəmiyyətə yenidən inteqrasiya edilməsi üzrə siyasətin formalaşmasına, gələcək tədqiqatlara istinad ola bilər. Qadın məhkumların problemləri, cəmiyyətdə onlar üçün mövcud olan imkanlar, problemlərin həll edilməsi üçün təkliflər, azadlığa çıxdıqdan sonra onların normal həyata davam etməsi üçün mövcud olan vəziyyət məsələləri üzrə 2007 -ci ilin Avqust ayının 17-də QTRM Azərbaycan ofisində seminar keçirilmişdir. Tədqiqatın nəticələri kütləvi mediada, QTRM elektron səhifəsində yayılacaq və o cümlədən, müvafiq təşkilatlara göndəriləcəkdir.

 

Ruslan Sədirxanov

 

Ruslan Sədirxanov Bakıda Odlar Yurdu Universitetinin İqtisadiyyat və Biznesin idarəedilməsi üzrə profesordur. Bundan əlavə o, bir sıra digər ictimai xidmət vəzifələrində çalışır və İqtisadi məsələlər üzrə Elmlər Akademiyasının prezidentidir. O, eyni zamanda, Vaşinqtonda Amerika Universitetində Fullbright təqaüdünün iştirakçısı, Corctaun İctimai Siyasət İnstitunda İREX proqramı vasitəsilə qonaq alimdir. O, Ukrayna Elmlər Akademiyasınını Fizika və Riyaziyyat üzrə doktorudur.

 

Tədqiqatı haqqında:


Ruslan Bakıda ali təhsil sistemi və əmək bazarı tələbləri arasındakı əlaqələri tədqiq etmək üçün təhsil və siyasət üzrə çalışanlar arasında sorğu, müzakirə və müsahibələr keçirmişdir. Tədqiqatında əmək prospektivləri üzrə Tələbə Optimizmi İndexi-i anlayışını təqdim etmişdir. Bu mürəkkəb ölçü Bakıda yerləşən səkkiz universitetdə tələbə məmnunuiyyəti üzrə olan məlumat əsasında yaradılmışdır. Aşkar edilmişdir ki, özəl universitetlərdə təhsil alan tələbələr dövlət universiteti tələbələri ilə müqayisədə məzun olduqdan sonra onları gözləyən iş imkanları haqqında daha optimistdirlər. Orta hesabla özəl universitetlərdə təhsil alan tələbələrin 76 %-i təhsilin praktiki bacarıq əsasını müsbət qiymətləndirirlər, lakin bu rəqəm dövlət universitetində təhsil alan tələbələr üçün 36.1 % təşkil edir. Tədqiqatçı təhsilin kefiyyətinin artırılması, öyrətdikləri bacarıqlar və onların tətbiqi üçün universitetlər arasında rəqabətin artırılması məqsədilə azad peşəkar inkişaf mərkəzi yaratmağı tövsiyə edir. Tədqiqatın nəticələri və tövsiyələti bir sıra kütləvi mediada çap edilmişdir. Nəticələr kurikulumun yenilənməsi və müvafiq dəyişikliklərin edilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi, Milli Məclis və müxtəlif universitetlərə təqdim edilmişdir.

 

Rauf Qaragözov


Rauf Qaragözov Qərb Universitetində Siyasi Elmlər profesoru və Sosial Tədqiqat üzrə Beynəlxalq Təşkilatın Sosial Elmlər Departamentinin rəhbəridir. Hazırda, Qafqaz və Qloballaşma jurnalının redaktə bölməsinin üzvüdür, 80-dən çox məqalə, bir neçə kitab və fəsillərin müəllifidir. Bundan əlavə o, 2002-2003-cü illərdə St.Louis-də Vaşinqton Universitetində Fulbright Profesoru olaraq çalışmışdır.

 

Tədqiqatı haqqında:


Rauf Qaragözov Azərbaycan gəncliyi arasında hökümətin müxtəlif səviyyələrdə sosial və psixoloji faktorların təsirini tədqiq edir.Tədqiqatçı Azərbaycan gənclərinin vətəndaşlıq anlayışı ideyaları və anlayışlarının üç əsas komponentini tədqiq edir: siyasi sistemə olan inam, ümumi özünü dərk və siyasi proseslərdə iştirak etmək istəyi. Tədqiqatçı siyasi münasibətlər ilə əlaqəli 2005 və 2006 QTRM məlumat bazası və Bakı, Lənkəran və Gəncədi gənclər arasında keçirdiyi müsahibələri analiz etmişdir. Nəticələr müəyyən müəssisələrin fəaliyyəti haqqında insanları mühakimələrinə əsaslanan siyasi inamın mənşəyini və mənbələrini anlamağa yardım etməklə yanaşı mədəni şəkildə müəyyənləşdirilmiş inam və normalara əsaslanaraq tədqiqata dəstək olmuşdur. Bu sivil cəmiyyət anlayışını və inkişaf etməkdə olan iştirak proseslərinin ümumi mümkün və məhdud tərəflərini ətraflı şəkildə analiz etməyə imkan yaratmalıdır.

 

Rəsul Əbdulov 

Rəsul Abdulov Lənkəran Dövlət Universitetində İnnovativ Təhsil Texnologiyaları resurs mərkəzinin rəhbəri və universitetin Pedaqogika və Psixologiya fakültəsinin profesorudur.

 

Tədqiqat işi: 


Rəsul Abdulov Azərbaycanın cənub-şərq hissəsində yeniyetmələr və gənclər arasında narkotik aludəliçiliyinin əsas səbəblərini araşdıracaq. Tədqiqatçı səbəb, təsir və narkotik haqqında məlumatlılığı araşdırmaq üçün müalicə almaqda olan şəxslər də daxil olmaqla gənclər arasında sorğu keçirəcəkdir. Müsahibələr gələcək tədqiqatı genişləndirmək üçün bu sahədə tədqiqatçılar, tibb işçiləri və hökümət idarələri ilə də aparılacaqdır. Tədqiqatın nəzərdə tutulmuş nəticəsi artmaqda olan narkotik aludəçisinə çevrilməyə səbəb olan faktorları anlamaq və ictimaiyyətdə mühüm məsələlər haqqında məlumatlılığın artırmaqdır. Bunun üçün məlumat kitabçası yaradılacaq, İbtidai, orta və ali təhsil müəssisələrinə paylanacaq və Lənkəran televiziyasında yayımlanacaqdır. Nəhayət, tövsiyələr hazırlanaraq ictimai sektor təşkilatlarına paylanacaqdır.
Azərbaycanda Biznesin İnkişafına Dəstək (ABİD). Zaqatalada ABİD proqramı tərəfindən yaradılan Marketinq mərkəzinin biznesi konsultantıdır. 

 

Nərgiz Abdullayeva


Azərbaycanda Biznesin İnkişafına Dəstək (ABİD). Zaqatalada ABİD proqramı tərəfindən yaradılan Marketinq mərkəzinin biznesi konsultantıdır.

 

Tədiqatı haqqında:


Nərgiz Abdullayeva Şəki-Zaqatala iqtisadi zonasında yerli əhali arasında iqtisadi inkişaf və yoxsulluq problemlərini araşdıracaq. Tədqiqatçı bu prosesdə Şəki-Zaqatalada iqtisadi dəyişikliklər yönündə münasibətləri öyrənçək üçün 400 iştirakçı ilə sorğu və 12 fermer ilə ətraflı müsahibə keçirərək nəzəri əsas yaradacaqdır. Tədiqatın məqsədi Şəki-Zaqatala regionunda yerli əhaliyə təsir göstərən məsələləri müəyyən etmək və regionda işsizliyin və yoxsulluğun azaldılmasını azaltmaq üçün müvafiq siyasətlərin işlənilməsidir. Tədqiqatçı nəticələri və siyasət üçün tövsiyələri üzrə analitik hesabat və broşurlar hazırlayacaqdır. Bu materiallar yerli və şəhər icraları, region üzrə icra komitələri, eləcə də regionda biznes ilə məşğul olanlara paylanılacaqdır.

 


 

Təqaüd 2005

Fəridə Hüseynova 

 

“Oksidləşmə piroliz reaktorlarının simulasiyası və problemlərlə birləşməsi”

 

Tədqiqatı haqqında:

 

Bu tədqiqatın məqsədi geni dəyişdirilmiş məhsullar ilə əlaqədar olan Azərbaycanlıların bilik səviyyələrini tədqiq etməkdir. Tədqiqat geni dəyişdirilmiş məhsulların sağlamlıq üçün nəticə və təsirlərinə dair məlumatları toplayaraq təhlil etməyə fokuslanıb. Tədqiqatın analizi statistik analitik metodlar, fokus qruplar, müsahibələr və ədəbiyyatların təhlilindən istifadə edərək həyata keçiriləcəkdir. Bundan əlavə, ictimai prezentasiya da təşkil ediləcəkdir. Son nəticələr QTRM vebsaytı vasitəsilə maraqlı olanlara yayılacaqdır.

 

Ağanemət Ağayev

 

Maliyyə, maliyyə dövriyyəsi və kredit üzrə doktorantura tələbəsidir, İqtisadi İslahatlar Mərkəzi, Bakı, Azərbaycan.

 

Tədqiqatı haqqında: 


Tədqiqat Azərbaycanda təqdim edilə bilən ən müvafiq sığorta modellərini tədqiq edir. Tədqiqat sığortaya dair qanunvericiliyin necə inkişaf etdiyini öyrənəcək. Tədqiqat statistik analitik metod və ədəbiyatların nəzərdən keçirilməsi ilə həyata keçiriləcəkdir. Bundan əlavə tədqiqatçı fokus qrup və müsahibələrdən də istifadə edəcək. Nəticələr tədqiqatın texniki detalları, bir sıra siyasi tövsiyələr da daxil olmaqla analitik hesabatlarda çap ediləcəkdir. Tədqiqatın nəticələri QTMR-in səhifəsində yayılacaq və ictimai təqdimat da ediləcəkdir.

 

Rizvan Abbasov

 

Ekspert sosiolist, “SİGMA” İnkişaf və Beynəlxalq Əməkdaşlıq üzrə Tədqiqat Mərkəzi

 

Tədqiqatı haqqqında:

 

Tədqiqatın əsas mərkəzi insanların Mill Məclisin hazırki millət vəkili ilə əlaqədar fikirlərini müəyyən etməkdir. Tədqiqat seçki prosesində müxtəlif sosial və siyasi təşkilatların trendlərini aşkar edəcək. Bu trendləri analiz etmək üçün tədqiqatçı QTRM Azərbaycanın 2004-cü il məlumat bazasından istifade edəcək. Tədqiqatın nəticələri ictimai şəkildə təqdim ediləcək və analitik hesabatda nəşr ediləcək. Bütün yekun tədqiqat nəticələi QTRM-in internet səhifəsində yerləşdiriləcək.

 

Firdovsi Rzayev 


“Təhsil xidmətləri və əmək bazarı problemləri” Tədqiqat Qrupunun rəhbəri, İqtisadi İslahatlar Mərkəzi


Tədqiqatı haqqında:

 

 

Tədqiqat Azərbaycanda əmək bazarı tələblərinin ödənilməsi üçün Azərbaycanda təhsil siyasətinin inkişafı üzrə metodları müəyyən etmək və hazırki təhsil sisteminin əmək sektoruna daxil olan tələbələr üçün dəyərli və səmərəli treyninq təmin edib-etməməsini dəyərləndirmək. Tədqiqatın analizi statistik analitik metodlar, müsahibələr, fokus qrup müzakirələr və ədəbiyyatların təhlili vasitəsilə yerinə yetiriləcəkdir. Bu tədqiqatın nəticələri təhsil siyasətinə dair tövsiyələrin də daxil olduğu analitik hesabatda nəşr ediləcəkdir. Tədqiqat nəticələrinə əsaslanaraq, tədqiqatçı təqdimat edəcək və yekun nəticələr QTRM internet səhifəsində yerləşdiriləcəkdir.

 

Əbülfəz Süleymanov

 

Elmlər Doktoru, Qafqaz Universiteti, Bakı, Azərbaycan

 

Tədqiqatı haqqında:

 

Tədqiqatın əsas məqsədi əmək miqrasiyasının ailə strukturun təsiri ilə bağlı biliklərin artırılmasıdır. Başlıca məqsədi əmək miqrasiyası nəticəsində ailə ilə əlaqədar problemlərin analizidir. Tədqiqatçı ekspertlər ilə müzakirələr və ailə üzvləri arasında isə sorğu keçirəcəkdir. Tədqiqatçı, eyni zamanda eyni sahədə olan ekspert və mütəxəssislər ilə müzakirələr aparacaqdır. Tədqiqatın nəticələrinə əsasən tədqiqatçı analitik hesabat hazırlayacaq. İki məqalə yerli qəzet və jurnalda çap ediləcək. Yekun nəticə və tövsiyələri paylaşmaq üçün konfrans və dəyirmi masa keçiriləcək. Tədqiqatın nəticələri miqrasiya sahəsində çalışan təşkilatlar, qaçqın və miqrasiya etmiş/yerləşmiş şəxslər ilə məşğul olan mərkəzlər üçün faydalı ola bilər.

 

Fuad Əliyev


Tədqiqatçı & Ekspert, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında İqtisadi İslahatlar Mərkəzi

 

Tədqiqatı haqqında: 


Bu tədqiqatın məqsədi Azərbaycanda iqtisadi davranışla əlaqəli yeni biliklərin yaradılmasıdır. Bundan əlavə, tədqiqat Azərbaycan və Post-Sovet müsəlman ölkələrində din, cəmiyyət və onun iqtisadi davranışa təsiri ilə əlaqəli tədqiqatlar üçün əsas baza yaradacaqdır. Bu tədqiqat üçün tədqiqatçı sosioloji sorğu və müsahibələr keçirəcəkdir. Sorğunun nəticəsində etik və dəyər mühakimələrinə dair məlumatlar və trendlər toplanacaqdır. Nəticələr əsasında tədqiqatçı analitik hesabat hazırlayacaq və yerli qəzet və jurnallarda çap ediləcək. Tədqiqatçı QTRM-in tərəfdaşları üçün təqdimat keçirəcək. Bundan əlavə mövzuya dair kitabçalar Azərbaycan Marketinq Cəmiyyəti, İqtisadi İnkişaf nazirliyi və Monopoliyaya qarşı idarə və İqtisadi islahatlar mərkəzinə paylanılacaqdır.

 

İlkin Nəzərov 

 

İlkin Nəzərov, Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramının insan kapitalı inkişafı katibliyi üzrə konsultant, Bakı, Azərbaycan. 


Tədqiqat haqqında:


Onun tədqiqatı Azərbaycanda mövcud olan səhiyyə xidməti problemləri və onların necə inkişaf etdirilməsini tədqiq edir. Tədqiqatı həyata keçirmək üçün statistik analiz metodları, geniş ölçülü müsahibələr və ədəbiyatların təhlili həyata keçiriləcək. Tədqiqatın nəticələri təkliflər, tədqiqat nəticələri, texniki detallar daxil edilməklə çap ediləcək. Bundan başqa tədqiqatçı mövzuya dair təqdimat da edəcəkdir. Yekun nəticələr QTRM-in elektron səhifəsi vasitəsilə yayılacaqdır.


Rüfət Əfəndiyev 


Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun baş elmi işçisi. “ Demoqrafiya və əhalinin sosial-iqtisadi problemləri” bölməsi.

 

Tədqiqatı haqqında:


Tədqiqatın məqsədi Azərbaycanda işsizliyin yaratdığı təsirlər haqqında marrifləndirmə və yeni məlumatların tapılmasıdır. Tədqiqat, başlıca olaraq digər ekspertləri işsizliyin səviyyəsinin azaldılması yolları və ölkədə yaşam standartlarının artırılması üzrə düşünməyə vadar edəcək. Bu tədqiqatı həyata keçirmək üçün tədqiqatçı statistik analiz metodlarından və sorğulardan istifadə edəcək. Tədqiqatın nəticələri əsasında, tədqiqatçı ictimai təqdimat edəcək və eləcə də, nəticələrin yerli mediada yayılması üçün iki məqalə çap edəcək.

 

Gülşən Tağıyeva 

 

 

M.F. Axundov adına Azərbaycan Pedoqoji  Rus dili və Ədəbiyyatı İnstitutunun baş elmi işçisi. 

 

Tədqiqatı haqqında: 

 

Tədqiqat əhalinin QİÇS və İİV üzrə məlumatlılıq səviyyəsini araşdırır. Tədqiqatçı QTRM-in 2004- cü ildəki məlumat bazasından istifadə edəcək. Tədqiqat müxtəlif sosial və yaş qrupunun bu məsələ üzrə məlumat səviyyəsini və bu səviyyəyə təsir edən bir sıra faktorları (sosial, iqtisadi, etnik-mədəni) aşkarlamağa çalışacaq. Analiz üçün statistik analiz metodlarından, fokus qruplarından əldə edilən nəticələr və məsələ ilə bağlı ədəbiyyatın təhlilindən istifadə ediləcək. Fokus qrupların həyata keçirilməsi üçün nəticələr kitabça şəklində çap ediləcəkdir. Yekun nəticələr ekspert, sosial iççi, QHT rəhbərləri, jurnalistlər, tədqiqatçılara paylanacaq və QTRM elektron səhifəsi vasitəsilə yayılacaqdır.

 

Adil Rəhimov

 

Professor, Bakı Dövlət Universiteti

 

Tədqiqatı haqqında:

 

 

Tədqiqat Azərbaycanda seçki zamanı insanların siyasi istiqamətlərini araşdırmaq məqsədi daşıyır. Tədqiqatçı QTRM- in 2004- cü ildəki məlumat bazasından istifadə edəcək. Tədqiqat ölkədə keçirilən demokratik islahatlara dair insanların münasibətləri və insanların siyasi iştirakı, eləcə də, siyasi qurumlara inamını aşkarlamağa çalışacaq. Bu məqsədlə 500 nəfər ilə edilən sorğunun nəticələrini analiz etmək üçün statistik analiz metodlarından istifadə ediləcək və məsələyə dair ədəbiyyatın təhlili aparılacaqdır. Yekun nəticələr texniki detallar, tədqiqatın nəticələri və tövsiyələr də daxil olmaqla analitik hesabatda dərc ediləcəkdir. Nəticələrin akademik məqalələrdə təsviri də nəzərdə tutulur. Bundan əlavə, yekun nəticələr təqdimatda göstəriləcəkdir.

 

Əhməd Qəşəmoğlu

 

 

Bakı Dövlət Universitetinin Hesablama Mərkəzi, Baş mütəxəssisi

 

Tədqiqatı haqqında:

 

Tədqiqatın məqsədi Azərbaycanda yerləşən sosial tədqiqat mərkəzlərinini mövcud şəbəkəsi üzrə informasiya bazası yaratmaq və onların fəaliyyət göstərdiyi əsas sektorları müəyyən etməkdir. Tədqiqat metodologiyası ilə bağlı mövcud problemlər və bu şöbələrin keyfiyyətinin artırılması üçün həll edilməsi lazım olan məsələləri araşdıracaq. Məlumatlar yerli və beynəlxalq tədqiqat təşkilatlarından və Azərbaycan mövcud olan 100 aparıcı sosial elmi ekspertlərdən ibarət fokus qruplarından toplanılacaqdır. Tədqiqatın nəticələri Azərbaycanın sosial tədqiqat şəbəkəsinə dair məlumat kitabçasında çap ediləcəkdir. Burada tədqiqat mövzularına dair məlumatlar və sosial elmlər üzrə tədqiqatçıların bioqrafiyaları daxil ediləcəkdir. Yekun nəticələr əsasinda, təqdimat keçiriləcək və nəticələr tədqiqat icmasına və QHT təşkilatlarının üzvlərinə yayılacaqdır. Məlumat kitabçasının elektron forması QTRM və Azərbaycan-Hollandiya Dostluq Cəmiyyətinin elektron səhifəsində yerləşdiriləcək.

 

Serqey Rumyantsev

 

 

Tarix, Nəzəriyyə və Sosial Tədqiqat, Bakı Dövlət Universiteti

 

Tədqiqatı haqqında:

 

Tədqiqat iki ölkədə (Azərbaycan və Gürcüstan) mövcud olan miqrantların münasibətləri, miqrasiya faktorları və tendensiyalarını tədqiq etmək məqsədi daşıyır. Tədqiqatın analiz bölməsində statisitik analiz metodlarından, Azərbaycan və Gürcüstandan olan miqrantlar ilə sorğulardan, ekspertlərdən ibarət fokus qruplarından və media sənədlərinin məzmunlarından istifadə ediləcəkdir. Tədqiqatın yekun nəticələri analitik hesabat şəklində çap ediləcək və eləcə də təqdim ediləcəkdir. Nəticələr QTRM və Novator QHT-in elektron səhifəsi vasitəsilə ekspertlər, QHT nümayəndələri, jurnalistlər, tədqiqatçılara yayılacaqdır.

 

Rəşidə Abdullayev


Azərbaycan Mədəni və Tədqiqat İnstitutu, Baş mütəxəssis və elmi işçi. 


Tədqiqatı haqqında:

 

Tədqiqat Qəbələ Radio Stansiyasının regionda insanların həyatına və sağlamlığına olan təsirinə dair məlumatı araşdırır. Tədqiqatın aparılması üçün statistik analiz metodlarından, fokus qruplarından və region əhalisi ilə aparılan müsahibələrdən istifadə ediləcəkdir. Tədqiqatın nəticələri məlumat bazasında, texniki hesabatda və kitabçada çap ediləcəkdir. Yekun nəticələr səhiyyə ekspertləri, tədqiqatçılar, QTH nümayəndələri, jurnalistlər və hökümət üzvlərinə yayılacaq və bununla yanaşı QTRM-in elektron səhifəsində yerləşdiriləcəkdir.

 

İnşallah Qafarov

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi Hüquq İnstitutu, Böyük elmi işçi. 

 

Tədqiqatı haqqında: 

 

Tədqiqat sosial siyasi məsələlər arasında səbəb və nəticə əlaqəsini tədqiq edir. Tədqiqatın aparılması üçün statistik analiz metodlarından, məsələyə  dair ədəbiyyatın təhlilindən istifadə ediləcək və o cümlədə, müsahibə və fokus qruplarından müvafiq məlumatlar toplanılacaqdır. Tədqiqatın nəticələri analitik hesabatda və məqalədə çap ediləcək. Tədqiqatçı yekun nəticələr əsasında təqdimat edəcəkdir. Nəticələri QTRM elektron səhifəsi vasitəsilə bütün maraqlı olan təşkilatlara və tədqiqatçılara yayılacaqdır.

 

Nazim Həbibov

 

 

Sosial iş üzrə Magistr, Calgary və United Way Universiteri arasında birgə proqram olan vətəndaş məşğulluğunda baş tədqiqatçı.

 

Tədqiqatı haqqında:

 

Tədqiqat yoxsulluq faktorlarını və trendlərini araşdırmaq məqsədi daşıyır. Bu tədqiqatın aparılması üçün QTRM-in mövcud məlumat bazasından istifadə ediləcək və eləcə də statistik analiz metodlarından istifadə ediləcəkdir. Tədqiqat yoxsulluğun hazırda Bakıda olan səviyyəsini və əhali arasında yoxsulluğu təxmin etməyə imkan verən xüsusi faktorları müəyyən etməyi qarşısına məqsəd qoyur. Yekun nəticələr əsasında tədqiqatçı məqalə və Bakıda yoxsulluğun azaldılması üçün tövsiyələri əhatə edən qısa məqalə yazacaqdır. Bundan əlavə tədqiqatçı ictimai təqdimat keçirəcək və yekun nəticələr Azərbaycanda yoxsulluğun azaldılması strategiyalarına dair işlər aparan yerli və beynəlxalq təşkilatlara yayılacaqdır.

 


 



 



 


 

AXTAR:

SUBSCRIBE TO E-BULLETIN:

Enter your email to subscribe to CRRC's E-bulletin

QUICK LINKS:

CRRC Open in new window
FOLLOW CRRC ON:

Facebook (Azerbaijan)
Facebook (Regional)
Twitter (Azerbaijan)
Twitter (Regional)
Youtube
Got feedback? - Contact us
Eurasia Partnership FoundationCarnegie Corporation of New York

© 2006 - 2013 CRRC Azerbaijan. All rights reserved.