Reg CRRC Regional Am CRRC Armenia Az CRRC Georgia
CRRC Azerbaijan
English
RESURSLAR

- Bloq

- Onlayn dərslik

- Quiz

- Faydalı linklər

Onlayn dərslik


 

 

 

Bizim Online Məlumat Təhlili alətimiz sizə indi heç bir statistik məlumatların təhlili üzrə xüsusi bacarıqlara malik olmadan Azərbaycan, Ermənistan və Gürücüstan haqqında Qafaz Barometri (QB) məlumat bazasından istifadə etməyinizə şərait yaradır.

 

Amma əgər sizə öz tədqiqatınız üçün daha geniş funksiyalı məlumat bazasından istifadə etmək lazım gələrsə, SPSS və STATA kimi statistik proqram paketi bunun üçün çox faydalıdır. İlk baxışdan mürəkkəb görünsə də, əslində bunların istifadəsi çox asandır.

 


Bizim SPSS təlimimiz ilə 20 dəqiqə ərzində Siz QB ilə işləməyi öyrənə bilərsiniz. Bu statistik proqramın köməyi ilə Siz lazım olan məlumatları cədvəllərdən çıxara bilərsiniz. Başqa sözlə, verilən rəqəmlərdən maraqlı və cəlbedici qrafiklər hazırlaya bilərsiniz. Aşağıda sizə təqdim olunan 5 dəqiqəlik videolar vasitəsilə Siz SPSS proqramından istifadə etməyi öyrənə bilərsiz.

 

Sistemin tələbləri: Faylı açmaq üçün yüksək sürətli internet və Flash player kompyuterinizdə olmalıdır. 

 

 

 

BİRİNCİ MƏRHƏLƏ: SPSS-ə BAŞLAYIRIQ

 

1.     Əsas məlumatların məlumat bazasından yığılması

 

Birinci videoda Hans məlumat bazasından rəqəmlərin toplanmasının əsaslarını və bu rəqəmlərin bizə nəyi göstərdiyini izah edir.


Videoya burdan baxın


 

2.     SPSS ilə daha geniş təhlilin aparılması


Bu video ilə biz ikinci mərhələyə - çarpaz cədvəllərin qurulması mərhələsinə keçirik. Bu bizə müqaisəli təhlil aparmağa (misal üçün, müxtəlif yaş qruplarının, gender və regionların suallara cavabları) imkan verir.

 

Videoya burdan baxin

 

 

3.     Məlumatı cəlbedici qrafikə çevirmək  


Sizə lazim olan bütün məlumatları tapmısınız amma, daha aydin və anlaşıqlı təqdim etmək üçün ona vizual effektlər vermək lazimdır.  Burada biz sizə bunu SPSS ilə necə etməli olduğunuzu göstəririk.


Videoya burdan baxin


 

4.     Excel proqramında bunu daha baxımlı et


Bu dərs ilə biz SPSS-dən Excel-ə qayıdaraq sizə topladığınız məlumatlarınızın necə qrafiklərə, cədvəllərə və digər məlumat görüntülənməsi formasına keçirməyin yollarını öyrədirik.


Videoya burdan baxın


 

5.     Sinyaksis vasitəsi ilə məlumatın yığıması


Burada biz sizə  öyrədirik ki, sintaksisdən istifadə etməklə siz  “tuşla və bas” iş prinsipi kimi məlumat təhlilini asanlaşdıra bilərsiniz.

 

Videoya burdan baxin

Sintaksisi burdan endirə bilərsiniz 

 

 

İKİNCİ MƏRHƏLƏ: SPSS-in DAHA GENİŞ FORMADA İSTİFADƏSİ

 


Siz SPSS-in əsaslarını öyrəndiniz. Siz əsas məlumatları yığa və bəzi çarpaz cədvəllər təqdim edə bilərsiniz. İndi isə biz sizə məlumat bazasının digər aspektlərini göstərən ikinci mərhələni təqdim edirik. Bu modulları öyrənməklə siz SPSS-dən tam rahat istifadə edə biləcəksiniz.

 

1.     Xüsusi halın seçilməsi: hamısına deyil, bəzi respondetlərə baxmalı


Yalnız bir ölkədən məlumatı necə almaq olar? Əgər siz yalnız kəndlilərin (ya da paytaxt əhalinin) cavablarını istəyirsinizsə, bunu necə edəcəksiniz? Burada biz sizə bu tipli ayrı ayrı məlumat bölgüsündən istifadə etməyin qaydasını göstəririk.  


Videoya burdan baxin

 


2.     Fayılların bölünməsi: müxtəlif qruplarlın müqaisəsi

 

Misal üçün, gəlin deyək ki, siz ölkələri, yaxud kişi və qadın respondetləri müqaisə etmək istəyirsiniz. Bunu necə edəcəksiniz? Bu, “fayılların ayırlması” adlanır və 5 dəqiqəlik vieoya baxmaqla siz bunu öyrənə bilərsiniz (məsələn, belə bir hal götürək: Gürücüstanda kişi və qadınların dinə münasibəti)


Videoya burdan baxın



3. Yenidən şifrələmək: mürəkkəbliyi asanlaşdırmaq

 

Nəticəni çox mürəkkəb görürsünüz? Buyurun məsələlərin asanlaşdırılması yolunu sizə təqdim edirik: yenidən şifrələmək sizə cavabları (məsələn, doğum tarixlərini) lazımlı kateqoriyalarda qruplaşdırmağa icazə verir. SPSS üçün vacib bacariq 6 dəqiqəlik videoda.


Videoya burdan baxın

 

 

SDA DƏRSLƏRİ

 

1.     Cənubi Qafqaz Məlumatı ilə Sorğu Sənədləşməsi və Təhlili (SST) |1


Bu qısa video sizə imkan verəcək ki, SST vasitəsi ilə məlumatları əldə edəsiniz. Biz sizi bu proqramın bəzi əsas funksiyaları ilə (məsələn, çarpaz məlumatların qurulması) tanış edəcəyik.


Videoya burdan baxin

 

 

1.     Cənubi Qafqaz Məlumatı ilə Sorğu Sənədləşməsi və Təhlili (SST) |2


Bu ikinci SST dərsində biz proqramın əlavə funksiyalarını öyrənərək zəngin məlumatlardan faydalanacağıq. Bu qısa videodan sonra siz ayrı ayrı hallar üzrə məlumatları təhlil edə biləcəksiniz (məsələn, yalnız qadın repondetlərini götürməklə).


Videoya burdan baxin

 

 

AXTAR:

SUBSCRIBE TO E-BULLETIN:

Enter your email to subscribe to CRRC's E-bulletin

QUICK LINKS:

CRRC Open in new window
FOLLOW CRRC ON:

Facebook (Azerbaijan)
Facebook (Regional)
Twitter (Azerbaijan)
Twitter (Regional)
Youtube
Got feedback? - Contact us
Eurasia Partnership FoundationCarnegie Corporation of New York

© 2006 - 2013 CRRC Azerbaijan. All rights reserved.