Reg CRRC Regional Am CRRC Armenia Az CRRC Georgia
CRRC Azerbaijan
English
QTRM HAQQıNDA

- Fəaliyyətimiz

- Tarix

- Bizim Heyət

- Maliyyə dəstəyi

- Xəbərlər və Tədbirlər

- AƏF/ QTRM Azərbaycan Qəyyumlar Şurası

- Tərəfdaşlar

- Mətbuatda

AƏF/ QTRM Azərbaycan Qəyyumlar Şurası


 

 

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF)/ Qafqaz Tədqiqat Resursu Mərkəzi Azərbaycanın (QTRM Azərbaycan) Qəyyumları Şurası maliyyə və strateji əhəmiyyət daşıyan məsələlər barəsində qərarları verir. Şura tam heyətlə ildə iki dəfə, May və Noyabr ayında görüşür. Şura AƏF-in idarəetməsinə bir sıra unikal bacarıqları gətirən Avropadan və Şimali Amerikadan olan beynəlxalq xadimlərdən və eləcə də yerli xadimlərdən ibarətdir. Fondun hesabatlı və maliyyə cəhətdən məsuliyyətli olmasını təmin etmək üçün bura Cənubi Qafqaz və vətəndaş cəmiyyətinin inkişafı barəsində dərin bilik və biznes, maliyyə və hüquq sahəsində təcrübə daxildir. 

 

2013-cü il may ayından etibarən, güclü regional əlaqələri saxlamaqla yanaşı, Azərbaycan, Ermənistan və Gürcüstandakı AƏF müəssisələrini Ölkəyə məxsus Şuralar idarə edir. Hər bir ölkədə Şura tərkibi fərqli olmaqla yanaşı, onların hamısı Qəyyumlar Şurasının İcraçı Komitəsinin üzvlərini bölüşürlər.

 

AƏF Azərbaycan Şurası aşağıdakı şəxslərdən ibarətdir:

 

1. Deyvid Lorens Li (David Lawrence Lee) - Qəyyumlar Şurasının sədri, İcraçı Komitənin üzvü

MagtiCom Ltd

Cənab Li kommunikasiya biznesində, o cümlədən Moskvada aparıcı sabit xətt operatoru "Comstar" şirkətinin Baş Direktor Müavini,  "Cable & Wireless" şirkətinin Cənubi-şərqi Asiya üzrə Regional Direktoru, "Sakhalin Mobile" şirkətinin Rəhbər İcraçı Əməkdaşı və "Teleyemen" mobil biznesinin Menceri vəzifələri daxil olmaqla 15 illik iş tərcübəsinə sahibdir. Hazırda o, 52% bazar hissəsinə sahib olan Gürcüstanın ən böyük mobil operatoru MagtiCom MMC-nin Baş Direktorudur. 2004-cü ildə bu vəzifəyə gəldiyindən bəri o, abunəçilərin sayını 1,2 milyondan, bütün ödəmələr və amortizasiyadan öncə əldə olan mənfəəti isə 115 milyon ABŞ dollarından yuxarıya çıxararaq şirkətin iki dəfəyədək böyüməsinə rəhbərlik etmişdir. Cənab Li doqquz il Kraliyyət Dəniz Qüvvələrinin Dəniz Zabiti olmuşdur və KPMG şirkətinin təlimləndirilmiş andlı mühasibidir. Cənab Li həm də Amerika Ticarət Palatasının Direktorların Şurasının üzvüdür. Vorvik Biznes Məktəbində Biznesin İdarəedilməsi üzrə magistratura təhsili almışdır.  

 

2. Meri Şihan (Mary Sheehan) - İcraçı Komitənin üzvü

Beynəlxalq Miqrasiya Təşkilatı

Xanım Şihan özü ilə səkkiz il Qafqazda iş təcrübəsi daxil olmaqla, miqrasiya sahəsində 30 illik iş təcrübəsini gətirir. O, 1998-2002-ci illərdə Yerevanda Missiya Rəhbəri olmuşdur və 1998-2002-ci illərdə Qafqaz üzrə Tbilisidə oturan Regional Əlaqələndirici olmuşdur. Regiondan kənarada keçən üç illik aradan - bu müddətdə tsunami qurbanları üçün fövqəladə müdaxilə və həyat şəraitinin yenisilə əvəzedilməsini təmin etmək üçün Şrilankada Beynəlxalq Miqrasiya Təşkilatının ofisini açmışdır - sonra xanım Şihan  Tbilisiyə Gürcüstan Ofisinin Missiya Rəhbəri kimi geri döndü. O, həm də Cənubi-şərqi Asiyalıların Vyetnam müharibəsindən sonra axını ilə bağlı məsələlər üzrə Kaliforniya Qubernatorunun Konüllülər Proqramının Direktor müavini, Sudanda ABŞ-ın yerləşdirmə proqramına cəlb olunmuş Efiopiya və Eritreya qaçqınları üçün olan Beynəlxalq Katolik Miqrasiya Kommissiyasının təlim proqramının Direktoru kimi və 9 il immiqrasiya ilə məşğul olan hüquqi məsləhətxanada xidmət etmişdir. O, kariyerasına Kaliforniya və Arizonada Birləşmiş Ferma İşçiləri Birliyində birləşmək və siyasi kampaniyalar üzrə tətil etmək hüququ və seçici qeydiyyatı üçün vəkillik etməklə başlamışdır. 

 

3. Endryu Koksşel (Andrew Coxshall) - İcraedici Komitənin üzvü

KPMG

Endryu Koksşel KPMG üçün Cənubi Qafqazda İdarəedici Tərəfdaşdır. Endryunun dünyanın müxtəlif ölkələrində, o cümlədən Ermənistan, Gürcüstan, Qazaxstan, Özbəkistan, Qırğızıstan, Səudiyyə Ərəbistanı, Dubay, İordaniya, Livan, Misik, Uqanda, Bostvana, Cənubi Afrika və Birləşmiş Krallıqda 20 illik iş təcrübəsi vardır. O, infrastruktur, idarəetmə və səhiyyə sahəsində maliyyə və audit məsələlələrində ixtisaslaşır, kommunikasiya, maliyyə xidmətləri, sənaye bazarı, istehlakçı bazarı sahəsində, Dünya Bankı layihələrində və mədənçilikdə əlavə təcrübəyə sahibdir. Cənab Koksşel Heriot Vat Universitetində Biznesin İdarəedilməsi üzrə magistratura təhsili almışdır və andlı mühasibdir.

 

4. Roy Sauzvörs (Roy Southworth)

Dünya Bankı

Roy Sauzvörs Dünya Bankının Tbilisidəki Ofisinin keçmiş Ölkə Meneceridir. Cənab Sauzvörsün Dünya Bankında uzunmüddətli iş təcrübəsi vardır, 1979-ci ildə kənd təsərrüfatı iqtisadçısı kimi qoşulmuş və Afrika, Şərqi Avropa və Mərkəzi Asiyada işləmişdir. O, 2004-cü ildə Gürcüstana gəlməmişdən öncə Tanzaniya və Xorvatiyada sahə tapşırıqları həyata keçirmişdir. Cənab Sauzvörs Vaşinqton Dövlət Universitetində İqtisadiyyat üzrə bakalavr dərəcəsini fərqlənmə ilə bitirmişdir. Efiopiyada Sülh Korpusunda öz öhdəliyini yerinə yetirdikdən sonra o, Stenford Universitetinə daxil olmuş və Ərzaq Tədqiqatı İnstitutundan öz doktorluğunu almışdır. Cənab Sauzvörs kənd təsərrufatı və kənd yerlərinin inkişafına qoyulan sərmayə əməliyyatlarının hazırlanması, icrası və qiymətləndirilməsi sahəsində geniş təcrübəyə malikdir. 2001-ci ildən etibarən Avropa və Mərkəzi Asiya regionunda ölkə əməliyyatları və sahə ofislərinin idarəedilməsi üzrə çalışır.

 

5. Sabine Frayzer (Sabine Freizer)

Açıq Cəmiyyət Fondu

Açıq Cəmiyyət İnstitunun (ACİ) müşaviridir. ACİ-ə qoşulmamışdan öncə, Sabine Beynəlxalq Böhran Qrupunun Brussel Ofisində yerləşən Avropa Proqramının Direktoru idi. Xanım Frayzer Böhran Qrupunda Qafqaz Layihə rəhbəri kimi 2004-cü ilin İyul ayında fəaliyyət başlamışdır. Onun London İqtisadiyyat Məktəbindən Fəlsəfə Doktoru dərəcəsi, Avropa Kollecindən isə Fulbrayt təqaüdçüsü kimi qazandığı magistratura dərəcəsi vardır. O, vətəndaş cəmiyyəti və konfliktlərin qarşısının alınması sahəsində ixtisaslaşır və onun mütəxəssislik sahəsi Balkanlar, Qafqaz, Türkiyə və Moldovanı əhatə edir. Beynəlxalq Böhran Qrupuna qoşulmadan öncə xanım Frayzer Avrasiyanın bir neçə ölkəsində ATƏT ilə çalışmışdır. O, 2003-2004-cü illərdə Azərbaycan və Gürcüstanda ATƏT-in Seçkilərin Müşahidə Missiyası üçün Siyasi ofiser, 1999-2000-ci illərdə Daşkənddə Hüquq mütəxəssisi və 1996-1998-ci illərdə ATƏT-in Bosniya və Hersoqovinadakı Missiyasında Vətəndaş Cəmiyyəti ofiseri kimi çalışmışdır. Xanım Frayzer Kosovo, Serbia və Dağlıq Qarabağ üzrə elmi jurnallarda və xəbər mediasında, o cümlədən "EU Observer", "European Voice", openDemocracy.net və IslamOnline.net-də məqalələr dərc etdirmişdir. Onun təhlillərinə yerli və beynəlxaq media qurumları, o cümlədən "BBC", "Deutsche Welle", "RFL" və "AFP" tərəfindən müraciət edilir.

 

6. Mövlan Paşayev

PwC İdarəedici Tərəfdaş

Cənab Paşayev  "Pricewaterhouse Coopers" şirkətinə 1996-cı ilin Aprel ayında qoşulmuşdur. O, korporativ və şəxsi gəlir vergisi planlaşdırılması və xarici mübadilədə vergi konsaltinqi, həmçinin  əmək qanunvericiliyi daxil olmaqla hüquqi konsaltinqdə ixtisaslaşır. Cənab Paşayev 2006-cı ilin Yanvar ayından etibarən şirkətin Bakıdakı Vergi və Hüquq fəaliyyətinə rəhbərlik edir.  14 illik iş təcrübəsi müddətində o, müxtəlif sahələrdəki müştərilərə  vergi və bizness müşaviri kimi xidmət göstərib.  Onun Azərbaycan bazarı və qanunvericiliyi sahəsindəki biliyi xarici sərmayədarların Azərbaycanda və geniş Xəzər hövzəsində qarşılaşdığı mürəkkəb məsələlərin həllinə ekspert həlli gətirir. Onun müştəri portfoliosu enerji və kommunal xidmətlər, maliyyə xidmətləri, istehlakçı və sənaye məhsulları kimi müxtəlif sahələrdə fəaliyyət göstərən çox sayda əsas beynəlxalq şirkətləri əhatə edir.

O, uzun müddətdir ki, Azərbaycan hökumətinə Azərbaycanda sərmayə mühiti və vergi sistemində islahatların aparılmasında dəstək göstərməkdədir. Vergi Məcəlləsinin və onun sonrakı əlavələrinin hazırlanması və icrası üzrə məsul işçi qrupunun üzvü olmuşdur. Bununla yanaşı, Vergilər Nazirliyinin Məsləhət Şurasının üzvü kimi fəaliyyət göstərmişdir.

Cənab Paşayev hal-hazırda Amerika Ticarət Palatasının Direktorlar Şurasında fəaliyyət göstərir. Eyni zamanda, Bakı Dövlət Universitetinin Hüquq fakultəsində vergiləndirmə və beynəlxalq hüquq kursları üzrə dərs deyir. Cənab Paşayev Hüquq üzrə Fəlsəfə Doktorudur.

 

7. Hamlet İsayev

Xəzər Universiteti

Hamlet Abdulla oğlu İsayev 1 Mart 1948-ci ildə Gürcüstanda Qardabani yaxınlığında Kosalıda doğulub. Məktəbi qızıl medalla bitirdikdən sonra 1970-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika və Riyaziyyat fakultəsini fərqlənmə ilə bitirmişdir. 1973-cü ildə "Operator dəstələrin spektral nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

 

1973-1983-cü illər ərzində Moskva və Bakıda, Moskva Dövlət Universitetində, SSRİ Elmlər Akademiyasının V.İ. Steklov adına Riyaziyyat İnstitutunda, Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda, Azərbaycan Dövlət Universitetində elmi-tədqiqatla məşğul olmuşdur. Sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (İndiki Azərbaycan Dövlət Neft Akademiyası) və Leninqrad Maliyyə və İqtisad İnstitutunun Bakı filialında kafedra müdiri kimi fəaliyyət göstərmişdir.


AXTAR:

SUBSCRIBE TO E-BULLETIN:

Enter your email to subscribe to CRRC's E-bulletin

QUICK LINKS:

CRRC Open in new window
FOLLOW CRRC ON:

Facebook (Azerbaijan)
Facebook (Regional)
Twitter (Azerbaijan)
Twitter (Regional)
Youtube
Got feedback? - Contact us
Eurasia Partnership FoundationCarnegie Corporation of New York

© 2006 - 2013 CRRC Azerbaijan. All rights reserved.