Reg CRRC Regional Am CRRC Armenia Az CRRC Georgia
CRRC Azerbaijan
English
QAFQAZ BAROMETRI

- Qafqaz Barometri Nədir ?

- Məlumatın Elektron Təhlili

- CB Sənədlər

Qafqaz Barometri Nədir ?


 

Cənubi Qafqaz Regionunda Müstəqil Məlumat Bazası 


2010-cu ildən başlayaraq QTRM-nin illik Məlumat Təşəbbüsü Sorğusu Qafqaz Barometri  adına dəyişdirildi. Fikrimizcə, bu ad sorğunun mənasını daha dolğun əks etdirir və ümumi ictimaiyyət və jurnalistlər üçün daha asan başa düşülür.

 

İlk  dəfə olaraq Məlumat Təşəbbüsü layihəsinə 2004-cü ildə start verildi. 2007-ci ildən başlayaraq hər ölkədən 2000-ə yaxın respondentdən reprezentativ seçmə yolu ilə müsahibə alınır.  Onlar ailə tərkibi, onun sosial və iqtisadi vəziyyəti, məşğulluq statusu, ölkələrdə sosial və siyasi vəziyyətin qiymətləndirilməsi ilə bağlı sualları cavablandırırlar. Eyni zamanda, respondentlərin həyat istiqaməti ilə bağlı düşüncələri, media, səhiyyə, cinayət və digər əsas məsələlərə aid suallar da sorğuya daxildir. 

 

Adın dəyişdirilməsi sorğunun keçirilməsinə heç bir təsir göstərməyəcək.  Həmişə olduğu kimi, Cənubi Qafqaz ölkələri arasında aparılan bu sorğu payızda keçiriləcək, eyni metodologiya və eyni sorğu vasitələrindən istifadə ediləcək. Sorğunun əsas məqsədi Azərbaycanın sosial transformasiya prosseslərinin müxtəlif aspektlərini anlamaq üçün etibarlı empirik məlumat əldə etməkdir.  Biz sorğunun həyata keçirilməsinin hər bir mərhələsində mümkün olan ən yüksək elmi keyfiyyətin təmin edilməsində qərarlıyıq .

 

Məlumat və sorğu sənədləri bütün maraqlanan tədqiqatçılar üçün açıqdır. Bu sorğu ətraflı kəmiyyət təhlili üçün unikal bir vasitədir. Siz Məlumat Təşəbbüsü/Qafqaz Barometri haqqında daha geniş məlumatı bizim internet səhifəmizdən ala bilərsiniz.

 

Məlumat Necə Əldə Edilir? 

Sorğular üzbəüz metod vasitəsilə həyata keçirilir və cavablar elektron vasitələrin istifadəsi ilə dərhal mərkəzi bazaya daxil olur. Dəqiq empirik məlumatın toplanması sosial tədqiqatın mühüm əsasını təşkil edir. Lakin, Cənubi Qafqazda sosial, siyasi və iqtisadi məsələlər üzrə yeni məlumatların əldə edilməsi bir o qədər də asan deyil. QTRM - in əsas prioriteti Cənubi Qafqaz ilə bağlı demoqrafik, sosial, iqtisadi və siyasi dəyişənlərə əsaslanaraq etibarlı məlumat bazası təmin etməkdir. 

Məlumatın Elektron Təhlili 


oda

 

 

Regionda mövcud olan digər sorğulardan və tədqiqatlardan fərqli olaraq, bu məlumat bazası ictimaidir və Elektron Məlumat Təhlilindən (Online Data Analaysis (ODA)) istifadə vasitəsilə əldə edilə bilər. Bu elektron təhlil mexanizmi tədqiqat və statistikada dərin biliyə malik olmayanlara sadə statisstik analizlər etməyə imkan yaradır. 

 

AXTAR:

SUBSCRIBE TO E-BULLETIN:

Enter your email to subscribe to CRRC's E-bulletin

QUICK LINKS:

CRRC Open in new window
FOLLOW CRRC ON:

Facebook (Azerbaijan)
Facebook (Regional)
Twitter (Azerbaijan)
Twitter (Regional)
Youtube
Got feedback? - Contact us
Eurasia Partnership FoundationCarnegie Corporation of New York

© 2006 - 2013 CRRC Azerbaijan. All rights reserved.