Reg CRRC Regional Am CRRC Armenia Az CRRC Georgia
CRRC Azerbaijan
English
TəDQIQAT

- Şəbəkəmiz

- Nəşrlərimiz

- Təlimlər

- Konfranslar

- Keçmiş layihələr

Konfranslar


QTRM tədqiqatçıların görüşməsi, əlaqələr qurması, öz sonuncu işlərini təqdim etmələri və regionda hazırda baş verən sosial trendləri müzakirə etmək üçün regional konfranslar təşkil edir. Bu səhifədə baş tutacaq konfranslar haqqında məlumatları əldə edə bilərsiniz. 

 

 

 


 

QTRM'in 4-cü Metodoloji Konfransı: Cənubi Qafqazda İnkişaf üçün Tədqiqat: Metodoloji İnnovasiyaların Müzakirəsi, 24-25 İyun 2016

 

Bu konfransın hədəfi Cənubi Qafqazda baş verən siyasi, iqtisadi və sosial trendlərin araşdırılmasında metoloji yanaşmaları, xüsusən də empirik sosial tədqiqatda innovativ yanaşmaları müzakirə etməkdir. Konfrans Cənubi Qafqaz üzrə sosial tədqiqat təcrübəsinin yaxşılaşdırılması üçün çalışan yerli və beynəlxalq iştirakçıları bir yerə toplayacaqdır. Bu konstruktiv müzakirələrə fokuslanan kiçik həcmli konfrans olacaqdır. 

 

Elanı burdan görə bilərsiniz.

 

 

QTRM'in Cənubi Qafqaz və Qonşuluqda Transformasiya ilə bağlı 3-cü Metodoloji Konfransı, 26 İyun 2015

 

Cənubi Qafqazda və onun qonşuluğunda sosio-iqtisadi və siyasi iqlim daima dəyişir. Bu prosesin yaranmaqda olan bir post Sovet demokratiyasında müxtəlif təzahürləri vardır. Əsas məqsəd Cənubi Qafqaz və onun qonşuluğunda post- Sovet dəyişiminin milli və beynəlxalq ölçülərini araşdırmaqdır. Bundan əlavə konfrans metodoloji innovasiyaları önə çəkməklə formalaşmaqda olan demokratiyaların regional ve beynəlxalq siyasətlərindəki trendlərə yeni yanaşmaları müzakirə etməyi qarşısına məqsəd qoymuşdur. 

 

Konfrans diqqəti, əsasən, tədqiqatçılara öz metodlarını və tapıntılarını müzakirə və müqayisə etmə imkanı yaradaraq konstruktiv müzakirələrə yönəltmişdir. 

 

QTRM'in Cənubi Qafqaz və Qonşu Ərazilərdə Sosial Bərabərsizliyin Ölçülməsinə dair 2-ci Metodoloji Konfransı, 25 İyun 2014

 

QTRM-in ikinci illik metodoloji konfransı 25 iyun tarixində Tbilisi Dövlət Universitetində baş tutdu. 50-dən çox iştirakçı və təqdimatlar qrupu ilə birlikdə konfrans Cənubi Qafqazdan və xaricdən siyasi sahədə praktiki fəaliyyətlə məşğul olanlar və tədqiqatçılar bir araya topladı. Konfransın əsas məqsədi metodoloji innovasiyalar ilə Cənubi Qafqazdan və qonşu regionlarda sosial bərabərsizliyin formaları, səbəbləri və nəticələrinin araşdırılmasını genişləndirməkdir. 

 

QTRM'in Tədqiqat Metodları Konfransı, 20 İyun 2013 

 

2013-cü il 20 iyun tarixində QTRM Cənubi Qafqazdan və xaricdən sosial elmlər sahəsindən olan tədqiqatçıları metodoloji inkişafları müzakirə etmək məqsədi ilə bir araya topladı. Konfrans diqqəti, əsasən, tədqiqatçılara öz metodlarını və tapıntılarını müzakirə və müqayisə etmə imkanı yaradaraq konstruktiv müzakirələrə yönəltmişdir. Tədqiqatçılar üçün yüksək keyfiyyətli müzakirələrin təmin edilməsi məqsədilə təqdimat üçün məhdud sayda işlər seçilmişdir. Təqdimatçılar iqtisadi, demoqrafiya, sosiologiya, siyasi elmlər və psixologiya sahəsində ixtisaslaşmış şəxslər idi. 


 

AXTAR:

SUBSCRIBE TO E-BULLETIN:

Enter your email to subscribe to CRRC's E-bulletin

QUICK LINKS:

CRRC Open in new window
FOLLOW CRRC ON:

Facebook (Azerbaijan)
Facebook (Regional)
Twitter (Azerbaijan)
Twitter (Regional)
Youtube
Got feedback? - Contact us
Eurasia Partnership FoundationCarnegie Corporation of New York

© 2006 - 2013 CRRC Azerbaijan. All rights reserved.