Reg CRRC Regional Am CRRC Armenia Az CRRC Georgia
CRRC Azerbaijan
English
TəQAüD PROQRAMı

- Təqaüd Proqramı haqqında

- Hazırkı Təqaüdçülərimiz

- Kiçik Təqaüd Proqramları 2013-2014

- 2010-2011 Təqaüdçüləri

- 2005-2010 Təqaüdçüləri

2010-2011 Təqaüdçüləri


Aynur Ramazanova bakalavr dərəcəsini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Əlaqələr ixtisası üzrə almışdır. Magistr dərəcəsini isə Azərbaycan Diplomatik Akademiyasında Diplomatiya və Beynəlxalq Əlaqələr ixtisası üzrə tamamlamışdır. Hazırda o, QTRM Azərbaycanda tədqiqat köməkçisi olaraq çalışır. Təhsildən əlavə, gender məsələləri, iqtisadi inkişaf və dövlət quruculuğu onun tədqiqat maraqlarını təşkil edir. O, tədqiqat köməkçisi olaraq təhsil ilə əlaqəli layihə və təşəbbüslərdə böyük təcrübəyə malikdir. Onun 2011-ci ildə QTRM Azərbaycanda apardığı tədqiqat “Azərbaycanda məktəb müəllimlərinə, təhsilin keyfiyyətinə və insan kapitalına olan inam” mövzusundadır.

 

Nərgiz Quliyeva Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Əlaqələr ixtisası üzrə bakalavr dərəcəsini bitirmişdir. 2011 -2012-ci illər ərzində o, ABŞ dövlət təhsil və mədəni əlaqələr bürosunun dəstəyi ilə Qlobal Tələbə Dəyişim Proqramında iştirak edərək Greyslend Universitetində Beynəlxalq əlaqələr üzrə təhsil almışdır. Halhazırda o, QTRM Kommunikasiya və Tədqiqat köməkçisi olaraq fəaliyyət göstərir. Onun tədqiqat mövzusu “Azərbaycanda yeniyetmələrin cinayət törətmə həddinin əsas faktorları nədir?” mövzusundadır.

 

Şəbnəm Ağayeva bakalavr dərəcəsini Beynəlxalq Əlaqələr ixtisası üzrə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında almışdır. Hazırda Şəbnəm 2013-cü il prezident seçkilərində ATƏT-in Seçki Müşahidəsi çərçivəsində baş əməliyyat eksperti köməkçisidir. Bundan əlavə o, Cənubi Qafqaz Amerika Tədqiqat İnstitutunun Tədqiqat Əməkdaşlığı Komitəsinin üzvü olmuşdur. Beynəlxalq təhlükəsizlik, mübahisələrin idarəolunması, etnik münaqişələr və barışıq onun tədqiqat maraqlarını əhatə edir. Şəbnəm Ağayeva “Ailədaxili zorakılıqla məşğul olan QHT-lərin xidmətlərinin uyğunsuzluqları” mövzusunda tədqiqat aparmışdır.

 

Aysel Əliyeva bakalavr dərəcəsini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Əlaqələr ixtisası üzrə, magistr təhsilini isə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında eyni ixtisas üzrə almışdır. 2010-cu ildə Terra Madre Azərbaycan və Slow Food Azərbaycanın tərkibində İtaliyadan olan nümayəndə heyətinin qəbulunda iştirak etmişdir. O, Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyində Konsul Bölməsində keçdiyi təcrübədən sonra konsul rəhbərliyindən tövsiyyə almışdır. Onun tədqiqat mövzusu “Azərbaycanda İİV/QİÇS yoluxucularının sayının artması narkotik istifadəçilərinin sayı ilə əlaqəsi” mövzusundadır. Kiçik təqaüd proqramı zamanı qazandığı bacarıqlar ona tədqiqat işini aparan zaman sorğuların aparılmasında və məlumat bazasının yaradılmasında yardımçı olmuşdur.

 

Vladimir Rodin bakalavr dərəcəsini Sosial elmlər sahəsində almışdırı. Halhazırda o, Bakı Dövlət Universitetində Sosial İdarəçilikç sahəsində magistr təhsili alır. QTRM Azərbaycanın Təqaüd proqramına qoşulmazdan əvvəl o, bir çox layihələrə müxtəlif vəzifələrdə çalışaraq fəaliyyət qiymətləndirməsi edərək yardımçıolmuşdur. Onun tədqiqat maraqları yeni inkişaf etməkdə olan sahələrə dair sosial proseslər və tədqiqatlardır. Onun tədqiqat mövzusu “Bakıda kişilər qumarın kişilər arasında əsas faktorları” -ı əhatə edir.

AXTAR:

SUBSCRIBE TO E-BULLETIN:

Enter your email to subscribe to CRRC's E-bulletin

QUICK LINKS:

CRRC Open in new window
FOLLOW CRRC ON:

Facebook (Azerbaijan)
Facebook (Regional)
Twitter (Azerbaijan)
Twitter (Regional)
Youtube
Got feedback? - Contact us
Eurasia Partnership FoundationCarnegie Corporation of New York

© 2006 - 2013 CRRC Azerbaijan. All rights reserved.