Reg CRRC Regional Am CRRC Armenia Az CRRC Georgia
CRRC Azerbaijan
English
TəQAüD PROQRAMı

- Təqaüd Proqramı haqqında

- Hazırkı Təqaüdçülərimiz

- Kiçik Təqaüd Proqramları 2013-2014

- 2010-2011 Təqaüdçüləri

- 2005-2010 Təqaüdçüləri

Təqaüd Proqramı haqqında


 

Təqaüdlü Tədqiqatçılar Proqramı (TTP) Qafqaz Tədqiqat Resurs Mərkəzi tərəfindən təşkil olunan çox mərhələli proqramdır. Bu proqramın əsas məqsədi sosial tədqiqatla məşğul olanların tədqiqat siyasəti və analitik bacarıqlarını inkişaf etdirmək, eyni zamanda tədqiqata effektiv yanaşmanı təşviq etməkdir.

 

2016-cı ilin Aprel ayında təqaüd proqramının üçüncü dalğası öz işinə başlayıb. Əvvəlki illərdə həyatə keçirilən təcrübədən nəticə çıxararaq bu ilki proqramın dizaynına dəyişiklik edilib. Hal-hazırda, ikisi xarici vətəndaş olmaqla 5 təqaüdçü 6 aylıq təqaüd proqramının iştirakçısıdır. Bu proqram çərçivəsində onlar ofis daxilində 400 saat işləmək öhdəliyi götürərək AƏF/QTRM-nin gündəlik fəaliyyətlərinə kömək edirlər. Proqramın başlanğıcında, bütün təqaüdçülərə  hər biri 3 tam günlük olmaqla əvvəlcə başlanğıc, sonra isə daha geniş formatda tədqiqat metodologiyası və dizaynı haqqında təlim keçirilmişdir. Bundan əlavə, onlar hər ay QTRM Azərbaycanın veb-sayıtı üçün kiçik analitik məqalələr yazırlar və proqram boyunca hər biri böyük bir tədqiqat layihəsi üzərində işləməkdədirlər.


Təqaüdçülərin ofisdaxili günlük fəaliyyətlərinə AƏF/QTRM Azərbaycanın Proqram Direktoru istiqamət verir. Təqaüdçülərin akademik məsləhətçi isə 6 aylıq müddət üçün Tədqiqatçılar Şəbəkəsindən seçilmiş ekspertə həvalə edilmişdir. Təqaüdçülər öz işlərini Tədqiqatçılar Şəbəkəsi daxilində təşkil olunan İlkin Tədqiqat İşlərini müzakirələrində də təqdim edə bilirlər.


AƏF/QTRM Azərbaycanın 10 ildən artıqdır ki təqaüd proqramı həyata keçirdir. Bu proqram əvvəllər böyük elmi işçilərə, sonra isə kiçim elmi işçilərə təklif olunub. 2005-2010-cu illərdə AƏF/QTRM Azərbaycan Böyük Elmi İşçilər üçün Təqaüd proramı açaraq 30 nəfər tədqiqatçını məzun etmişdir. Bu məzunlar arasında hal-hazırda Tədqiqatçılar Şəbəkəsinə də daxil olan ölkənin tanınmış tədqiqatçıları var. 2011-ci ildən başlayaraq AƏF/Azərbaycan Kiçik Elmi İşçilər üçün Təqaüd Proqramına start verib. Bu proqramın birinci buraxılışı 2011, ikinci buraxılışı isə 2013-cü ildə olub və ümumilikdə 30 gənc proqramın məzun olublar.


Gələcək Təqaüd proqramları ilə maraqlananlar bizim Facebook səhifəmizi Tədbirlər və elanlar səhifəsini izləyə bilərlər.  

 

 

AXTAR:

SUBSCRIBE TO E-BULLETIN:

Enter your email to subscribe to CRRC's E-bulletin

QUICK LINKS:

CRRC Open in new window
FOLLOW CRRC ON:

Facebook (Azerbaijan)
Facebook (Regional)
Twitter (Azerbaijan)
Twitter (Regional)
Youtube
Got feedback? - Contact us
Eurasia Partnership FoundationCarnegie Corporation of New York

© 2006 - 2013 CRRC Azerbaijan. All rights reserved.