Reg CRRC Regional Am CRRC Armenia Az CRRC Georgia
CRRC Azerbaijan
English
TəQAüD PROQRAMı

- Təqaüd Proqramı haqqında

- Hazırkı Təqaüdçülərimiz

- Kiçik Təqaüd Proqramları 2013-2014

- 2010-2011 Təqaüdçüləri

- 2005-2010 Təqaüdçüləri

Kiçik Təqaüd Proqramları 2013-2014


 

 

Günay Balaşova bakalavr dərəcəsini 2006-2010 illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və Kredit ixtisası üzrə, magistr dərəcəsini isə 2011-2013 illər ərzində Qafqaz Universitetində almışdır. Hazırda o, Azərbaycan Elmi-Tədqiqat və Dizayn Tədqiq Edən Enerji İnstitutunda Hesablama şöbəsində çalışır. Onun akademik maraqları regionların davamlı iqtisadi və sosial inkişafı, yüksək keyfiyyətli təhsilin inkişafı, resursların səmərəli paylanmasının təşkilini əhatə edir. Günayın "Azərbaycanda aqrar sektorun məhsuldarlığının necə artırılması" mövzusunda olan ictimai siyasi analizi birinci yerə layiq görülmüşdür.

 

Zeynəb Dadaşova halhazırda beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində xüsusi istedadlar qrupunda bakalavr tələbəsidir. Kiçik Tədqiqatçı Proqramından əlavə o, 2011-2012 - ci illərdə "Azərbaycan Gələcəyə doğru" Gələcək Tədqiqatlar kursunu yüksək səviyyəli fəaliyyətinə görə diplom ilə təltif edilmişdir. O cümlədən o, müxtəlif inşa müsabiqələrinin(BMT Təcrübəçilər Birliyi, Gənc Təhsil Şəbəkəsi, Azərbaycan Gələcək Təhsil Cəmiyyəti və Azərbaycan Respublikası Təhsil Nazirliyi Tərəfinin təşəbbüsü ilə keçirilən "Gələcək nəsil ilə üz-üzə" mövzusunda keçirilən 5-ci milli inşa müsabiqəsi) də qalibi olmuşdur. Onun "Azərbaycanda kənd yerlərində internet istifadəsi" adlanan tədqiqat mövzusu hazırkı vəziyyəti inkişaf etdirə biləcək bir neçə siyasətlər də daxil olmaqla kənd və şəhər ərazilərində internet istifadəsində olan fərqləri araşdırır. Seçimlər müxtəlif ictimai maariflənməni artırmaq, bu ərazilərdə yerli və xarici şirkətlər üçün yeni imkanların yaradılması, elektron xidmətə olan tələbata təsir kimi müxtəlif aspektləri əhatə edir. 

 

Ləman Məmmədli İqtisadi və İnzibati Beynəlxalq Əlaqələr ixtisası üzrə Qafqaz Universitetində bakalavr təhsili alır. Universitetlərə qəbul imtahanlarının nəticələrinə əsasən o, prezident təqaüdünə layiq görülmüşdür. Bundan əlavə, miqrasiya üzrə beynəlxalq təşkilatda üç ay müddətində təcrübə keçmişdir. Onun "18 yaşından sonra valideynsiz şəxslərin rifahı və yaşam şəraitinin necə inkişaf etdirilməsi" mövzusunda olan tədqiqat işi az-təminatlı qrupların xeyirini maksimum dərəcədə artırmaq üçün dörd mühüm seçim irəli sürür. O, eyni zamanda, valideyni olmayan şəxslərin üzləşdikləri problemləri həll etmək üçün xüsusi mərkəzlərin və təhsil proqramların yaradılmasını xüsusi olaraq vurğulamışdır. 

 

Ramil Kazımov Bakı Slavyan Universitetinin məzunudur. 2009-cu illərin ortalarından başlayaraq, İqtisadi Tədqiqat Mərkəzində xarici əlaqələr üzrə məsul şəxs vəzifəsində çalışmışdır. Burada o, USAİD və Azərbaycan höküməti tərəfindən maliyyələşdirilən SEDA lahiyəsində sosial-iqtisadi inkişaf fəaliyyətinə görə regionda 35 mülki cəmiyyət təşkilatı tərəfindən təşkilati və müdafiə qabiliyyətinin qiymətləndirilməsi üzrə tədqiqat qrupunun üzvü olmuşdur. Ramil İqtisadi Tədqiqat Mərkəzi tərəfindən 2012 və 2013-cü illər arasında Avropa Birliyi tərəfindən maliyyələşdirilən "Qərarların verilməsi sahəsində fikir toplusunun rolunu gücləndirmək üçün dövlətin səmərəliliyinin artırılması" mövzusunda olan lahiyədə kordinator olaraq çalışmışdır. O, "Azərbaycan Dövlət Neft Fondunun Nəzarət Şurasının niyə nüfuzlu olmalıdır" mövzusunda olan məqaləsinə görə həvəsləndirici mükafat almışdır. 

 

 

Mahym Ələkbərova Azərbaycan Diplomatik Akademiyasında İctimai Siyasət sahəsində magistr təhsilini alır. O, bakalavr dərəcəsini Biznes Administrasiyası və Uçot sahəsi üzrə 2012-ci ildə Bolqarıstanda Amerika Universitetində almışdır. Bundan əlavə, tədqiqatçı köməkçisi olaraq o, ADA-da çirklənməyə qarşı biznes layihəsi üzrə çalışır. QTRM-də apardığı tədqiqat isə Azərbaycanda çirklənməyə qarşı kampaniyanın başlanmasına dair müşahidəyə əsaslanır. Mahym Azərbaycanda çirklənməyə qarşı təhsil lahiyəsi üzrə həvəsləndirici mükafata layiq görülmüşdür. 

 

 

AXTAR:

SUBSCRIBE TO E-BULLETIN:

Enter your email to subscribe to CRRC's E-bulletin

QUICK LINKS:

CRRC Open in new window
FOLLOW CRRC ON:

Facebook (Azerbaijan)
Facebook (Regional)
Twitter (Azerbaijan)
Twitter (Regional)
Youtube
Got feedback? - Contact us
Eurasia Partnership FoundationCarnegie Corporation of New York

© 2006 - 2013 CRRC Azerbaijan. All rights reserved.