Reg CRRC Regional Am CRRC Armenia Az CRRC Georgia
CRRC Azerbaijan
English
TəQAüD PROQRAMı

- Təqaüd Proqramı haqqında

- Hazırkı Təqaüdçülərimiz

- Kiçik Təqaüd Proqramları 2013-2014

- 2010-2011 Təqaüdçüləri

- 2005-2010 Təqaüdçüləri

Hazırkı Təqaüdçülərimiz


Elchin Karimov

 

Elchin Karimov

 

Elçin Bakalavr təhsilini Xəzər Universitetində Tərcümə (İniglis dili) üzrə aldıqdan sonra bir müddət ictimai fəaliyyətlə məşğul olmuşdur. O, Magistratura təhsilini Beynəlxlaq Münasibətlər: Avropa Vişeqrad Perspektivindən adli proqram çərçivəsində Mərkəzi Avopa (Vişeqrad) ölkələrində almışdır. Hal-hazırda Elçinin QTRM Azərbaycanda araşdırma mövzusu Dağlıq Qarabağda baş vermiş 4 günlük Aprel (2016) müharibəsindən sonra Azərbaycan cəmiyyətində, xüsusilə sivil toplum nümayəndələri arasında artan militarizm haqqındadır.

ekarimov@epfound.az

 

Gunel Babayeva

 

Gunel Babayeva

 

Bakı doğumlu Günel bakalavr dərəcəsini Azərbaycan Dillər Universitetində, ardınca magistr dərəcəsini isə Şeffild Universitetində təhsil sahəsi üzrə almışdır. Günel 2007-2015-ci illərdə Azərbaycan gənclərinin dövlət proqramı çəçivəsində xaricdə təhsil alması üçün təqaüdlə təltif olunmuşdur. Onun əsas tədqiqat marağı məhrumiyyətli insanlar üçün inklyuziv təhsilin araşdırılmasıdır. Təhsil aldığı zaman Günel Azərbaycan sosial siyasətində inklyuziv (geniş əhatəli) təhsil üçün məhrumiyyət və çatışmazlıqların konseptuallaşdırılmasını araşdırmışdır. O, müstəqil tədqiqatçı kimi Təhsil Nazirliyi və British American Tobacco-nun dəstəyi ilə ADA universitetinin Təhsil Departamenti və ABŞ-Azərbaycan Məzunlar Birliyi tərəfindən (AAA)  təşkil olunmuş `Təhsil Siyasəti və Tədqiqatı Forum`-da iştirak etmişdir.

 

Hazırda Günelin QTRM Azərbaycanda tədqiqat layihəsi ali təhsil müəssisələrində gənc insanların vətəndaş aktivliyini əhatə edir. O, gənclərin Azərbaycan təhsil institutlarında daha fəal iştirakının effektiv təşviq mexanizmlərini tədqiq edir. Layihə vətəndaş iştirakçilığına əsaslanaraq gənclərin cəmiyyətin inkişafındakı əvəzsiz rolunu araşdırmağa cəhd edir.

gbabayeva@epfound.az

 

Ilaha Abasli

 

Ilaha Abasli

 

 

Bakı doğumlu İlahə King’s College London Universitetinin Beynəlxalq İnkişaf və İnkişafda olan İqtisadiyyatlar üzrə magistr məzunudur. Təhsil aldığı müddət ərzində o, inkişaf siyasəti və orta gəlirli ölkələrdə müxtəlif sosial-iqtisadi inkişaf modellərinin tətbiq olunması ilə maraqlanmağa başlamışdır. Buna qədər isə o, Bakıda BMT İnkişaf Proqramı və Strateji Araşdırmalar Mərkəzində təcrübəçi və Londonda  sosial biznes üzrə pro-bono konsultant kimi fəaliyyət göstərmişdir. Hazırda, İlahə QTRM üçün dövlət əsaslı inkişaf modelinin effektivliyi və Azərbaycanın son 20 ildə inkişaf siyasətinin iqtisadi ölçüdə limit və potensialını təhlil edən tədqiqat layihəsi üzərində çalışır.

iabasli@epfound.az

 

Lucy Wallwork

 

Lucy Wallwork

 

Əslən Birləşmiş Krallıqdan olan və Durham Universitetinin Rus və İspan dilləri və Mədəniyyəti məzunu Lusi (Lucy) hal-hazırda ADA universitetinin Topçubaşov adına beynəlxalq təqaüdçüsü kimi İctimai Siyasət üzrə magistr təhsili alır. Onun hazırki tədqiqat mövzusu Azərbaycan və ətraf regionda gender siyasətinin və dəyişən ictimai-mədəni münasibətlərin öyrənilməsi üzrədir. Lusi həmçinin açıq məlumat (open data), neft gəlirlərinin idarəolunması və ‘resurs asılılığı’ problemləri, eləcə də MDB regionu üzrə siyasi risk təhlili sahələrində iş təcrübəsinə malikdir.

 

Lusinin QTRM Azərbaycanda tədqiqat layihəsi post-Soviet regionunda iqtisadi artım və gender normaları arasındakı əlaqələri araşdıracaq və mövcud empirik məlumat və göstəricilərdən istifadə edərək post-Sovet institutisional məzmunda qadınların cəmiyyətdə güclənməsinə töhfə verən amilləri araşdıracaq.

lwallwork@epfound.az

 

Omar Jallow


Omar Jallow

 

Qambiya doğumlu Ömər Qambiya Universitetinin İqtisadiyyat və Maliyyə üzrə bakalavr dərəcəli məzunudur. O, 2015-ci ilin Avqust ayında öyrənmək və karyera qurmaq məqsədi ilə ADA universitetində İctimai Siyasət üzrə magistr dərəcəsini qazanaraq Azərbaycana köçmüşdür. Bakalavr dərəcəsini oxuduğu zaman o, Qambiyada orta məktəbdə yuxarı siniflərdə iqtisadiyyat müəllimi kimi üç il fəaliyyət göstərmişdir və eyni zamanda Pristine konsultasiya şirkəti üçün məsləhətçi kimi işləmişdir. Ömərin tədqiqat mövzusunda əsas vurğu neft gəlirlərinin korrupsiyaya təsiri olmaqla Azərbaycanda Effektiv İdarəetmənin tətbiqinə yönəlmişdir.

 

ojallow@epfound.az

 

 

AXTAR:

SUBSCRIBE TO E-BULLETIN:

Enter your email to subscribe to CRRC's E-bulletin

QUICK LINKS:

CRRC Open in new window
FOLLOW CRRC ON:

Facebook (Azerbaijan)
Facebook (Regional)
Twitter (Azerbaijan)
Twitter (Regional)
Youtube
Got feedback? - Contact us
Eurasia Partnership FoundationCarnegie Corporation of New York

© 2006 - 2013 CRRC Azerbaijan. All rights reserved.