Reg CRRC Regional Am CRRC Armenia Az CRRC Georgia
CRRC Azerbaijan
English
XəBəRLəR

- Join us for our Summer Workshop for students on Advanced Research Methods

- Xəbərlər

- Arxivi vərəqləmək

Sosial Elmlərdə Tədqiqatçılar Şəbəkəsinə yeni üzvlərin qəbulu

October 27, 2016 Print Share on Facebook

2016-cı ilin aprel ayında AƏF/QTRM Azərbaycan müstəqil tədqiqatçıların səylərinin birləşdirilməsi və dəstəklənməsi məqsədilə Azərbaycanda sosial elmlərdə tədqiqatın təbliği və münbit tədqiqat mühitin yaranmasına töhfə vermək üçün rəqabətli seçim əsasında Sosial Elmlərdə Tədqiqatçılar Şəbəkəsini yaratmışdır. Şəbəkə AƏF/QTRM Azərbaycanın maliyyət dəstəyi ilə təlim, tədqiqat və digər əlaqədar fəaliyyətləri həyata keçirir. Hazırda, Şəbəkə sosial elmlərin müxtəlif sahələrindən 21 nəfər müstəqil tədqiqatçı və ya universitet elmi işçisini bir araya gətirir.

Şəbəkənin yaradılmasını mərasimində müəyyənləşdirilmiş meyara əsasən, hər 6 ayda bir dəfə yeni üzvlərini qəbulu həyata keçirilir. Bu meyara uyğun ularaq, AƏF/QTRM Azərbaycan Sosial Elmlərdə Tədqiqatçılar Şəbəkəsinə yeni üzvlərin qəbulunu açıq elan edir.

Sosial elmlərdəki fərdi tədqiqatçılar aşağıdakı uyğunluq meyarlarına görə seçiləcəklər:

·         Təhsil:

o   Sosial elmlərdə doktorantura dərəcəsi və ya namizədliyi (Avropa, Amerika, Avstraliya və Şərqi Asiyanın yüksək reytinqli universitetləri daha çox arzu olunandır.);

o   Təsdiq olunmuş müvafiq iş təcrübəsi ilə doktorantura dərəcəsini və ya namizədliyni əvəzləyənlər üçün xarici yüksək reytinqli universitetlərdən magistr dərəcəsi.

·         Şəxsi keyfiyyətlər:

o   AƏF/QTRM Azərbaycanın fəaliyyətlərində iştirak etməyə istək və həvəsli olmaq;

o   Təlim və tədqiqat fəaliyyətlərində vaxtlı-vaxtında iştirak etmək imkanı;

o   Fərdi və qrup şəklində işləyə bilmək bacarığı.

·         Təcrübə:

o   Ən azı üç il tədqiqat və ya tədris təcrübəsi;

o   Doktorantura dərəcəsi və ya namizədliyi olmayanlar üçün təsdiq olunmuş müvafiq təcrübə.

 

Yalnız Azərbaycada daimi yaşayan və ən azı qarşıdakı 6 ay ərzində Azərbaycanda yaşamağı planlaşdıranlar müraciət edə bilərlər. Seçim prosesi iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə AƏF/QTRM Azərbaycanın Proqram Direktoru ilə görüş təşkil olunacaq. Şəbəkəyə üzv olmaq istəyən şəxslər öz rezume və bir elmi iş nümunənisini info@epfound.az email ünvanına 18.00 (GMT+4) 15 noyabr 2016-cı il tarixinə qədər göndərə bilərlərEmailin mövzu başlığında, zəhmət olmasa, "NRSS New Member" qeyd edin. Yalnız uğurlu namizədlər 25 Noyabr tarixinə qədər məlumatlandırılacaqlar. 

AXTAR:

SUBSCRIBE TO E-BULLETIN:

Enter your email to subscribe to CRRC's E-bulletin

QUICK LINKS:

CRRC Open in new window
FOLLOW CRRC ON:

Facebook (Azerbaijan)
Facebook (Regional)
Twitter (Azerbaijan)
Twitter (Regional)
Youtube
Got feedback? - Contact us
Eurasia Partnership FoundationCarnegie Corporation of New York

© 2006 - 2013 CRRC Azerbaijan. All rights reserved.