Reg CRRC Regional Am CRRC Armenia Az CRRC Georgia
CRRC Azerbaijan
English
XəBəRLəR

- Join us for our Summer Workshop for students on Advanced Research Methods

- Xəbərlər

- Arxivi vərəqləmək

Növbəti araşdırma metodologiyası təlimi uğurla həyata keçdi

April 21, 2017 Print Share on Facebook

 

30-31 Mart 2017-ci il tarixlərində Park İnn oteldə Qafqaz Tədqiqat Resurs Mərkəzinin (QTRM) Azərbaycan ofisi və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSIBM) birgə təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən miqrasiya yönümlü sosial elmlərdə araşdırma metodları mövzusunda ikigünlük seminar keçirilib.

Seminarda MSİBM-in Araşdırma Mütəxəssisi, cənab Roland Hosner və Maastrixt Ali İdarəçilik Məktəbinin araşdırmaçısı, xanım Michaella Vanore araşdırma metodları ilə tanışlıq, miqrasiya araşdırması ilə bağlı metodoloji çətinliklər, araşdırma etikası, miqrasiya mənbələri və onların istifadəsi ilə tanışlıq, məlumatın toplanması və analiz olunması haqqında təqdimat ediblər. Təqdimatlarla yanaşı, interaktiv müzakirələr zamanı iştirakçılar öz araşdırma mövzuları ilə bağlı müxtəlif perspektivlərlə tanış olublar.

Seminarların hədəf auditoriyası əsasən tələbələr, araşdırmaçı karyerasına yenicə başlayan gənclər və başqa əlaqədar qurumlardan olan nümayəndələrdən ibarət olub. Seminarda siyasi elmlər, beynəlxalq münasibətlər və iqtisadiyyat kimi fərqli sahələrdən sosial elmlər üzrə 30 nəfər gənc araşdırmaçı iştirak edib.

AXTAR:

SUBSCRIBE TO E-BULLETIN:

Enter your email to subscribe to CRRC's E-bulletin

QUICK LINKS:

CRRC Open in new window
FOLLOW CRRC ON:

Facebook (Azerbaijan)
Facebook (Regional)
Twitter (Azerbaijan)
Twitter (Regional)
Youtube
Got feedback? - Contact us
Eurasia Partnership FoundationCarnegie Corporation of New York

© 2006 - 2013 CRRC Azerbaijan. All rights reserved.