Qafqaz Barometri >>
QTRM-in işinin təməl daşı olan Qafqaz Barometri, sosial və siyasi məsələlər üzrə geniş miqyaslı bir araşdırmadır (ümumi olaraq, 2013-cü ildə Cənubi Qafqazın üç ölkəsində təxminən 6,000 respondent, hər ölkə üzrə 2,000 respondent). 2008-ci ildən bəri vahid dizayn və metodikaya əsasən həyata keçirilir. Qafqaz barometri rəsmi statistika üstünlük təşkil edən mühitdə tədqiqatçılar və siyasətçilər üçün yeganə müstəqil, etibarlı və davamlı məlumat mənbəyi kimi meydana gəlib. Yalnız 2008-ci ildən 2013-cü ilədək Azərbaycan üzrə cədvəl cinsi, yaşı, məskunlaşma sahəsi, gəlir, təhsil səviyyəsi kimi müxtəlif sosial kateqoriyalara aid olan respondentləri müəyyən edən 226 sualdan ibarətdir.
Təqaüd proqramı>>
AƏF/ QTRM Azərbaycan artıq 10 ildən artıqdır ki, təqaüd proqramını həyata keçirir və bunu ilk öncə baş tədqiqatçılara, sonra isə kiçik tədqiqatçılara təklif edir. 2005-ci ildən 2010-cu ilədək AƏF / QTRM Azərbaycan Qafqaz Tədqiqatları Proqramını həyata keçirib. Proqram çərçivəsində 30 məzun olub ki, onlardan da bəziləri hazırda ölkədə tanınmış tədqiqatçı və mövcud Tədqiqat Şəbəkəsinin üzvləridir. 2011-ci ildən etibarən, AƏF/ QTRM Azərbaycan Gənc Tədqiqatçılar Təqaüd proqramını təqdim edir. 2016-cı ilin aprelində təqaüd proqramının üçüncü dalğası keçirilib. Təqaüd proqramı sosial elmlərdə yeni nəsil tədqiqatçıların yetişdirilməsinə yönəlib.
Keçmiş layihələr >>
QTRM-nin əsas məqsədi Cənubi Qafqazla bağlı geniş əhatəli demoqrafik, sosial, iqtisadi və siyasi dəyişkənliklərə əsaslanaraq, etibarlı məlumatların əldə edilməsini təmin etməkdir. Qafqaz Barometri ilə yanaşı, QTRM Azərbaycan, digərləri ilə yanaşı, media, miqrasiya, Aİ münasibətlərinə, siyasi münasibətlərə və sosial uyğunlaşmaya dair geniş spektrli mövzulara dair 11 araşdırmanın, layihə qiymətləndirmələrinin və tədqiqatların həyata keçirilməsini asanlaşdırıb.