Məşvərət Şurası

QTRM-in Beynəlxalq Akademik Məşvərət Şurasının tərkibinə Cənubi Qafqaz ölkələrində sosial elmlərin hazırki vəziyyəti və inkişafı barədə məlumatlı beynəlxalq dərəcəli alimlər, icma mütəxəssisləri və nüfuzlu düşüncə liderləri daxildir. Şura üzvləri sosial elmlərin inkişaf etdirilməsini və QTRM-in məqsəd və dəyərlərini təbliğ edir. Üzvlərin seçim kriteriyaları bunlardır: Cənubi Qafqaz ölkələri barədə tədqiqata maraq; QTRM-in fəaliyyətini yönəldilmiş məsləhətlər vermək; region narədə tətbiqi sosial elmlərin təbliği və inkişafını təmin etmək.

Anar Əhmədov

Anar Əhmədov Oksford-Prinston Qlobal Liderlər proqramının məzunudur və hazırda Oksford Universitetinin Siyasət və Beynəlxalq münasibətlər fakültəsində çalışır. Onun tədqiqat sahəsi Mərkəzi Asiya, Qafqaz və digər qeyri-Baltik keçmiş sovet respublikalarında müqayisəli siyasət və siyasi iqtisadı əhatə edir və əsasən siyasi rejimlər, enerji resursları, xarici yardım, fiskal siyasət və coğrafi fokusa istiqamətlənmiş araşdırmalar aparır. Onun hazırki layihələri beynəlxalq qurumların “resurs qıtlığı” yaşanan resurslarla zəngin inkişaf etməkdə olan ölkələrə yardımını araşdırmaq və bu ölkələrdə iqtisadi diversifikasiyanln siyasi amillərini araşdırma prosesini əhatə edir.

Əvvəllər Anar Qafqaz Tədqiqat Resurs Mərkəzinin Azərbaycan üzrə direktoru vəzifəsində işləyib və Xəzər Universitetində Siyasət İnstitutu və Humanitar və Sosial Elmlər fakültəsinə rəhbərlik edib. London School of Economics and Political Science (LSE), Xəzər Universiteti, Bakı Dövlət Universiteti və Leiden Universitetinin tələbələri üçün ictimai siyasət təhlili, beynəlxalq münasibətlər və tədqiqat metodları üzrə dərslər keçib. Anar həmçinin, hökumət, vətəndaş cəmiyyəti, biznes və keçmiş Sovet İttifaqından və bir sıra Avropa ölkələrindən olan akademik auditoriya üçün ictimai siyasət təhlili, neftin siyasi iqtisadiyyatı və münaqişələrin idarə olunması üzrə çoxsaylı icraat təlimləri, təlimlər və seminarlar təşkil edib və həyata keçirib.

Anar Əhmədov LSE-də Hökumət İdarəetməsi  fakültəsində doktorluq dərəcəsi alıb. Dissertasiya mövzusu “Mərkəzi Avrasiyadakı və ətrafında resurs qıtlığı: neft,  avtokartlar və başlanğıc şərtlərinin şərtli nəzəriyyəsi”-dir.

Timoti Blauvelt

Dr. Timoti Blauvelt, 2003-cü ildən etibarən Amerika Beynəlxalq Təhsil Şurasının  Gürcüstan üzrə direktoru vəzifəsində işləyir və Rusiyada, eləcə də Ukraynada iş təcrübəsinə malikdir. Nyu-York Dövlət Universitetinin Buffalo şəhərində siyasət elmləri üzrə fəlsəfə doktoru dərəcəsini qazanmış  və artıq on ildən çoxdur ki  regionda fəaliyyət göstərir.

2003-cü ildən bu yana Amerika Təhsil Şurasının Gürcüstan üzrə direktoru vəzifəsində çalışır və Ilia Dövlət Universitetində sovet və post-Sovet tədqiqatları üzrə məruzələr edir. 2002-2003-cü illərdə Gürcüstanda səfərdə olan Fulbrayt professoru olub və 2006-2011-ci illərdə Tbilisidəki Dövlət Universitetində sovet tarixinə dair məruzə verib. Sovet siyasəti, kliyentalizm, millətçilik siyasəti və Avropa-Asiya Araşdırmaları, Kommunist və Post-Kommunist Tədqiqatları, tənqid, müharibə və cəmiyyət, və millətlər təqdimatları ilə bağlı çoxsaylı məqalələri dərc edib.

Aleksi Ququşvili

Aleksi Ququşvili  Siyasət elmləri üzrə magistr dərəcəsini alıb və hazırda İtaliyanın Florensiya şəhərindəki Avropa Universiteti İnstitutunda Siyasi və Sosial Elmlər Bölməsində doktorluq dissertasiyası alır. Proqrama müraciət etməzdən əvvəl Tiflis Dövlət Universitetindən İqtisadiyyat ixtisası üzrə dərəcə alıb və sonra Tbilisi Şəhər Meriyasında İqtisadi Siyasət Agentliyində baş mütəxəssisi işləyib.

Aleksi həmçinin  London İş və Pensiya Departamentində, Beynəlxalq Adam Smit  təşkilatının Tbilisi ofisində və Gürcüstanda Regional İnkişaf üzrə işçi qrupunda çalışıb. Tbilisidə Birləşmiş Millətlər Təşkilatının Minilliyin İnkişaf Məqsədlərinin yerləşdirilməsi layihəsində sosial-iqtisadi inkişaf proqramlarının tərtibinə cəlb edilib.

Hans Qutbord

Hans Qutbrod London İqtisadiyyat Məktəbində Beynəlxalq Əlaqələr üzrə bakalavr də doktorantura dərəcəsi alıb. Almaniyada, eləcə də bir sıra ölkələrdə nəşr olunan “Peşəkar Kommunikasiya”  əl kitabının müəllifidir. Onun əsas tədqiqat maraqları siyasi islahatlara, ictimai kapitala və ictimai birliyə ictimai cavabı əhatə edir. 2006-cı ildə QTRM-ə qoşulmazdan əvvəl Hans, Qafqazda bir neçə il işləyib. Tbilisi Dövlət Universitetində dərs deyib  və metodlar üzrə müəllimlər və ali təhsil kadrlarını hazırlayıb. 2004-2007-ci illərdə Cənubi Qafqazda Sosial Elmlər Transformasiyasında Regional dərs proqramında fəal iştirak edib, dərs vəsaiti və seminarlarla fəallıq göstətib. Onun fəaliyyəti  ATƏT , Berlində Liberal İncəsənət Kollecinin yaradılması, ATƏT-in uzunmüddətli seçki müşahidəçisi kimi fəaliyyət göstərməsinə, eləcə də digər müxtəlif qurumlarda və təşkilatlarda təlim və tədrisə kömək edilməsi prosesini əhatə edir.