2013-cü ilin yanvar ayında QTRM – Azərbaycan Gənc Tədqiqat Təqaüd Proqramının (JFRP) ikinci turunu keçirmişdir. QTRM gəncləri əhatələyən elan vermiş və potensial proqram iştirakçılarına Azərbaycan universitetləri ilə yerli əlaqələrin geniş bir şəbəkəsi vasitəsilə hərtərəfli məlumat vermişdir. Nəticədə proqrama yüksək maraq yaranmış və 155 perspektivli iştirakçı müraciət etmişdir. Onlardan 118-i Təqaüd Seçmə Komitəsi üzvləri tərəfindən seçilərək proqrama qoşulma şansı əldə etmişdir.
Gənc Tədqiqat Təqaüd Proqramı üç mərhələdən ibarətdir: onlayn təlim proqramı və davamında üz-üzə təlimlər və sonda ictimai siyasət məqalələri müsabiqəsi ilə program yekunlaşdırılır. Hər mərhələnin sonunda QTRM bir müsabiqə təşkil edir və yalnız ən yaxşıları növbəti mərhələyə keçir. May ayında yekunlaşdıran ilk mərhələdə bütün iştirakçılar Moodle onlayn platformasında ictimai siyasət təhlili və akademik yazı dərslərində iştirak etmişdilər. Həftəlik siyasət təhlili sessiyaları və müntəzəm yoxlama suallar/testlər siyasət problemlərinin diaqnostikası, məlumatların toplanması, dəlilləri hazırlamaq və açıq qiymətləndirmə meyarlarına əsaslanan alternativ siyasət variantları arasında seçim etmək də daxil olmaqla, siyasət təhlilinin əsaslarını əhatə etmişdir.
2013-cü ilin iyun ayında QTRM Azərbaycan Gənc Tədqiqat Təqaüd Proqramının birinci mərhələsinin qaliblərinə mükafat mərasimi keçirmişdir və on beş siyasət essesi seçki komitəsi tərəfindən nəzərdən keçirilmiş və qiymətləndirilmişdir. Ən yaxşı siyasət essesi qalibləri Leyla Cəfərova “Bakı və Azərbaycanın rayonlarında inkişafdakı bərabərsizlik”, Zeynəb Dadaşova “Azərbaycanın kənd ərazilərində internet istifadəsi”və Ayan Hüseynova “Xəzər dənizinin Azərbaycan hissəsinin neft sənayesi tərəfindən çirklənməsi ” olmuşdur. Bütün finalçılar sentyabr ayında başlayaraq oriyentasiya və üz-üzə təlimdən ibarət Gənc Tədqiqat Təqaüd proqramının ikinci mərhələsinə qəbul edilmişlərdir.
Proqramın ikinci mərhələsi üçün iştirakçılara aşağıdakı üz-üzə kurslar təklif edilmişdir:
- “Akademik yazı”, Vitaly Ratsky
- “Dövlət siyasətinə giriş”, Müşfiq Əliyev
- “Oyun Teorisi və Səhmdarların Təhlili”, Sadıq Əliyev
- “Keyfiyyət tədqiqat metodları”, Sascha Roth
- “Kəmiyyət tədqiqat metodları”, Dr. Anar Vəliyev
Proqramın son mərhələsində tələbələr kurslarda onlara təqdim olunmuş açıq və gizli qaydaların hamısını yerinə yetirən izahlı, yaradıcı və möhkəm yazılmış bir siyasət məqaləsi yazmaq qabiliyyətini nümayiş etdirməli olduqları siyasət esseləri üzərində işləyirdilər. 2014-cü ilin fevral ayında Qafqaz Tədqiqat Resurs Mərkəzi (QTRM) Gənc Təqaüd Tədqiqat proqramını yekunlaşdırmaq üçün konfrans təşkil etmiş və iştirakçılar nüfuzlu hökumət, vətəndaş cəmiyyəti və ictimaiyyət liderlərinə öz tədqiqat məqalələrini təqdim etmişdilər. On iştirakçı sınaqlar və ev tapşırıqları daxil olmaqla bütün tapşırıqları tamamlamış və Ən Yaxşı Siyasət Məqalələri müsabiqəsi üçün məqalələrini təqdim etmişdilər. Təqaüd Seçki Komitəsi məqalələrdən ən yaxşı üçünü seçmiş və əlavə iki məqaləni həvəsləndirici mükafatla təltif etmişdir.
Qaliblər
Günay Balaşova
Günay Balaşova 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və Kredit fakültəsində bakalavr dərəcəsini, 2011-2013-cü illərdə isə Qafqaz Universitetində eyni ixtisasdan magistr dərəcəsini tamamlamışdır. Hal-hazırda Azərbaycan Elmi-Tədqiqat və Dizayn-İstehsalat Enerjisi İnstitutunun qiymətləndirmə şöbəsində çalışır. Onun akademik maraqlarına regionların davamlı iqtisadi və sosial inkişafına nail olmaq, yüksək keyfiyyətli təhsilin inkişaf etdirilməsi, və resursların səmərəli bölüşdürülməsinin təşkil edilməsi aiddir. Günay “Azərbaycanda aqrar sektorun məhsuldarlığını necə artırmaq olar” mövzusunda siyasət analizi üzrə birinci yeri qazanmışdır.
Zeynəb Dadaşova
Zeynəb Dadaşova hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr üzrə ixtisaslaşan Xüsusi İstedadlar fakültəsinin tələbəsidir. Gənc Tədqiqat Təqaüd Proqramı ilə yanaşı, Zeynab 2011-2012-ci il tarixində “Azərbaycan Öngörüllükdə” Gələcək Tədqiqat Kursunu fərqlənmə diplomu ilə bitirmişdir. O, Keçmiş Birləşmiş Millətlər Təşkilatının Təcrübəçiləri (AFUNI), Azərbaycan və Gənc Yoldaş Təhsil Şəbəkəsinin (Y-PEER) təşkil etdiyi Ailədaxili və ya gender əsaslı şiddət mövzusunda esse yarışında, və Azərbaycan Gələcək Tədqiqatlar Cəmiyyətinin və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilən Gələcək nəsillə üz-üzə 5ci Ölkə esse yarışında birinici yerin qalibi olmuşdur. Onun “Azərbaycanın kənd yerlərində İnternetdən istifadə” adlı tədqiqatına şəhər və kənd yerlərində internet istifadəsindəki fərq və mövcud olan vəziyyəti yaxşılaşdıra biləcək bir neçə siyasət daxildir. Alternativlər ictimaiyyətin məlumatlandırılmasının artırılması, yerli və xarici şirkətlərin bu sahələrə sərmayə qoymaları üçün təşəbbüslərin yaradılması, elektron xidmətlərə olan tələbat və s. daxil olmaqla müxtəlif aspektlərə toxunmuşdur.
Ləman Məmmədli
Ləman Məmmədli Qafqaz Universitetinin İqtisadiyyat və İdarəetmə Beynəlxalq Münasibətlərdə fakültəsi üzrə bakalavr tələbəsidir. Universitetə qəbul imtahanı nəticəsində Prezident Təqaüdü almışdır. O, Beynəlxalq Miqrasiya Təşkilatında 3 ay müddətində təcrübəçi kimi çalışmışdır. Ləman bir Gənc Tədqiqat Təqaüd Proqramı Gənci kimi proqramda positiv iştirak etmişdir. Onun “18 yaşından sonra yetimlərin rifahı və həyat şəraitinin yaxşılaşdırılması” mövzusunda etdiyi tədqiqat, aztəminatlı qruplara faydaları maksimuma yetirmək üçün dörd alternativ təklif etmişdir. O, yetimlərin qarşısında duran çətinlikləri həll etmək üçün planlaşdırma mərkəzləri və təhsil proqramları yaratmağın xüsusiliyini vurğulamışdır.
Həvəsləndirici mükafatlar
Ramil Kazımov
Ramil Kazımov Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirmişdir. 2009-cu ilin ortalarından etibarən İqtisadi Tədqiqatlar Mərkəzində (ERC) Xarici Əlaqələr üzrə məmur vəzifəsində işləmişdir. Burada, o, həmçinin USAID-in və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi “Azərbaycanda sosial-iqtisadi inkişafı (SEDA) layihəsinin hədəflədəyi regionlarda 35 qeyri-hökumət təşkilatının təşkilati və savadlılıq potensialının qiymətləndirilməsi üzrə tədqiqat qrupunun üzvü olmuşdur. Ramil 2012-2013-cü illərdə Avropa İttifaqı tərəfindən İqtisadi Tədqiqatlar Mərkəzində maliyyələşdirilən “Qərarların qəbul edilməsində arenada düşüncə mərkəzlərinin rolunun gücləndirilməsi yolu ilə hökumətin səmərəliliyinin artırılması” layihəsi üzrə layihə koordinatoru köməkçisi olaraq çalışmışdır. O, “Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının Nümayəndəsi Nə üçün Təmsilçi olmalıdır” adlı məqaləsinə görə həvəsləndirici mükafat ilə təltif olunmuşdur.
Mahim Ələkbərova
Mahim Ələkbərova ADA Universitetində tələbədir və İctimai Siyasət üzrə magistr dərəcəsində təhsilini davam etdirir. 2012-ci ildə Bolqarıstanda Amerika Universitetində Biznesin İdarə edilməsi və Mühasibat Konsentrasiyası fakültəsində bakalavr dərəcəsini almışdır. O, tədqiqat köməkçisi kimi çalışmaqdan əlavə ADA-da biznes layihəsi klubunun və zibilləmə əleyhinə olan klubun təşkil edilməsində işləyir. Onun Qafqaz Tədqiqat Resurs Mərkəzi üçün olan tədqiqatı keyfiyyət müşahidəsinə əsaslanır. Mahym “Azərbaycanda Zibil əleyhinə Təhsil” adlı məqaləsinə görə həvəsləndirici mükafat ilə təltif olunmuşdur.