2016-cı ilin aprelində təqaüd proqramının üçüncü mərhələsi başladı. Əvvəlkilərdən öyrənilən dərslərə əsasən, təqaüd proqramının dizaynı təkmilləşdirilib. Toplam 6 tədqiqatçı, o cümlədən 2 beynəlxalq tələbə, 6 aylıq təqaüd proqramında iştirak edib. Bu proqram çərçivəsində, AƏF / QTRM Azərbaycan proqramlarının gündəlik işləməsini dəstəkləmək üçün tədqiqatçılar 400 iş saatı müddətində fəaliyyət göstəriblər. Onlar 3 günlük oriyentasiya və sonra tədqiqat metodologiyası və dizaynında 3 günlük uzunmüddətli təlimdə iştirak ediblər. Onlar QTRM Azərbaycan saytında aylıq analitik məqalələr dərc edib və hər bir geniş miqyaslı tədqiqat layihəsi üzərində işləyiblər.
Elçin Kərimov
Elçin Bakıda Xəzər Universitetində İngilis dili tərcüməsi üzrə bakalavr dərəcəsi alıb, sonra Azərbaycanda vətəndaş cəmiyyəti fəaliyyəti ilə məşğul olub. Avropada, Orta Avropa ölkələrindən olan dörd universitetdən ibarət olan Vişeqrad Perspektivi çərçivəsində 2016-cı ilin əvvəlində Beynəlxalq münasibətlər üzrə magistr dərəcəsini qazanıb. Elçinin QTRM-də keçirilmiş tədqiqat layihəsi Azərbaycan ictimaiyyətində, xüsusilə də vətəndaş cəmiyyəti qrupları arasında, 2016-cı ilin aprelində Dağlıq Qarabağda alovlanan münaqişənin tədqiqatına yönəlib.
Günel Babayeva
Günel Bakıda anadan olub. Azərbaycan Dillər Universitetindən bakalavr dərəcəsi alıb. Günel daha sonra Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində Böyük Britaniyaya gedərək, Şeffild Universitetində təhsil üzrə magistr dərəcəsi alıb. Onun əsas tədqiqatı əlilliyi olan uşaqlar üçün inklyuziv təhsildir. Xaricdə təhsil aldığı müddətdə Günel Azərbaycanın əlilliyi və konsepsiyasiyasını xüsusi təhsilin çatışmazlığını Azərbaycanın sosial siyasətində araşdırıb. Müstəqil tədqiqatçı kimi, ADA Universiteti Təhsil Məktəbi və ABŞ-da təhsil almış Azərbaycan Məzunları Assosiasiyasının (AAA) təşkil etdiyi “Təhsil Siyasəti və Araşdırmalar Forumu” nda iştirak edib. Günelin QTRM proqramı çərçivəsində həyata keçirdiyi tədqiqat layihəsi gənclərin ali təhsil müəssisələrinin islahatında vətəndaş cəmiyyətinin iştirakını araşdırır. O, gənclərin bu sahədə fəal iştirakını təşviq etmək üçün ən təsirli mexanizmləri təhlil etmək niyyətindədir. Beləliklə, layihə cəmiyyətin inkişafında gənclərin əvəzsiz rolunu vurğulamağa çalışır.
İlahə Abaslı
Bakıda doğulan İlahə Londonda King`s kollecdəbeynəlxalq inkişaf və İnkişaf etməkdə olan iqtisadiyyatlar üzrə magistr dərəcəsi alıb. Tədqiqatlar zamanı inkişaf etməkdə olan və orta gəlirli ölkələrdə inkişaf üçün siyasət hazırlığı və müxtəlif sosial-iqtisadi inkişaf modelləri ilə maraqlanıb. Əvvəlki təcrübəsi Londonda pro bono məsləhətçisi, BMTİP və Bakıda yerləşən Strateji Araşdırmalar Mərkəzi üçün təcrübəçi k fəaliyyətini əhatə edir. Hazırda, İlahənin QTRM proqramı çərçivəsində həyata keçirdiyi tədqiqat layihəsi son 20 il ərzində Azərbaycanda inkişaf edən dövlətin inkişaf modelinin (inkişaf dövləti) effektivliyini təhlil etməkdir. Bu, məhdud resursları və iqtisadi miqyaslı kiçik dövlətlərdə dövlətin inkişafı imkanlarının mövcud tədqiqatlarına əsaslanır. Onun tədqiqatı bu modelin əsas çatışmazlıqlarını araşdırmağa və Azərbaycanda daha effektiv inkişaf edən dövlətin qurulmasında irəliləməyə dair izahatlara yönəlib.
Lusi Uoluork
Birləşmiş Krallıqda olan və Durham Universitetinin rus və ispan dil və mədəniyyəti ixtisasını bitirən Lusi hazırda ADA Universitetində İctimai Siyasət magistr proqramı üzrə beynəlxalq “Topçubaşov” təqaüdçüsüdür. Onun yaxınlarda etdiyi araşdırmalar gender siyasətinə və Azərbaycanda, həmçinin geniş post-sovet məkanında mədəni münasibətlərə köklənməyə yönəlib. Bundan əvvəl, erkən karyerasında onun diqqətini açıq məlumatlar, neft gəlirlərinin idarə olunması və “resurs çatımazlığı” məsələləri, eləcə də MDB regionunun siyasi risk təhlili maraqlandırıb. Lusinin QTRM Azərbaycan üçün tədqiqat layihəsi postsovet məkanında iqtisadi artım və gender normaları arasındakı qarşılıqlı əlaqə üzərində dayanır və mövcud empirik məlumatların və göstəricilərin postsovet dövründə institusional kontekstinə əsaslanır.
Ömər Cellou
Qambiyadan olan Ömər, Qambiya Universitetindən İqtisadiyyat və Maliyyə ixtisası üzrə bakalavr dərəcəsinə malikdir. Beynəlxalq biliklərini genişləndirmək istəyən və karyera inkişafı üçün 2015-ci ilin avqustunda ADA Universitetindı İctimai Siyasət ixtisası üzrə magistratura təhsili almaq üçün Azərbaycana köçüb. O, lisenziya dərəcəsini alarkən, Qambiyada üç il orta ixtisas səviyyəsində iqtisadiyyat müəllimi kimi çalışıb və sonradan Qambiyada yerləşən Pristine Consulting firmasında məsləhətçi olaraq çalışıb. Ömərin tədqiqat fokusu Azərbaycanda neft gəlirlərinin ölkədə korrupsiyaya olan təsiri ilə vurğulanaraq Azərbaycanda effektiv idarəetmə təcrübəsinə yönəlib.