Gənc Tədqiqatçılar Təqaüd Proqramı 2010-2011

Gənc Tədqiqat Təqaüd Proqramı (JRFP), Açıq Cəmiyyət İnstitutu (OSI) tərəfindən dəstəklənən və QTRM-Azərbaycan tərəfindən təqdim edilən siyasi esse yarışları, data təhlili, metodik təlimlər, karyera təlimləri və mentorluqlarları birgəliyini özündə əhatə edən çoxsaylı proqramdır. Proqramın məqsədi 18-24 yaşlı yerli tədqiqatçıların siyasi tədqiqat və analitik qabilliyətlərini inkişaf etdirməklə yanaşı, eyni zamanda bu gənc tədqiqatçıların tədqiqat haqqında görüşlərini dəyişməkdir. Bütün potensial yaratma fəaliyyətləri və siyasət tədqiqatları sosial siyasət sahəsindəki müxtəlif mövzulara yönəldiləcəkdir.  Sosial siyasət siyasi təhqirlərdən nisbətən təcrid olaraq qalır və beləliklə, universitet tələbələri bu mövzular üzərində narahat olmadan daha sərbəst şəkildə tənqidi düşünməyə cəlb olunurlar.

Gənc Tədqiqat Təqaüd Proqramı 2010-cu ilin yanvar ayında başlamış və dörd mərhələdə həyata keçirilmişdir. Moodle platforması vasitəsilə bütün iştirakçılara keyfiyyət və kəmiyyət tədqiqat metodları üzrə əsas təlimləri daxil edən birinci mərhələdə iştirak etmək üçün Təqaüd Seçmə Komitəsi 113 iştirakçı seçmişdir. 2010-cu ilin oktyabrında başlanan proqramın ikinci mərhələsi “Siyasət məqalələrinə kəmiyyət komponentləri əlavə etmək” üçün on beş iştirakçı seçilmişdir.Beynəlxalq və qərb təhsilli yerli təlimçilər online kurslar vermək əvəzinə əsas təsviri statistikanı üz-üzə təlimlər vasitəsilə öyrətmişdilər.Moodle-da iştirakçılara bütün oxu materialları, təlimlər, yoxlama suallar/testlər, forumlar və təqdimat slaydları təqdim edilmişdir. Üçüncü mərhələdə tələbələr kəmiyyət datanın təhlili üzərində işləmiş və sonunda yekun siyasət analizi məqaləsi təqdim etmişdilər. Gənc Tədqiqat Təqaüd Proqramının konfrans şəklində olan son mərhələsində iştirakçılar hökumət, vətəndaş cəmiyyəti nümayəndələri və eyni zamanda ictimai rəhbərlərə  öz tədqiqatlarını təqdim etmişdilər. Konfransın sonunda ən yaxşı məqalə və 2ci yerin sahibi mükafata layiq görülmüşdür.

Aynur Ramazanova

Aynur Ramazanova Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Münasibətlər fakültəsi üzrə bakalavr dərəcəsini bitirmişdir. Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsini Azərbaycan Diplomatik Akademiyasında bitirmişdir. Hal-hazırda QTRM-Azərbaycanda tədqiqat köməkçisi kimi çalışır. Tədrisdən başqa onun tədqiqat maraqlarına gender məsələləri, miqrasiya, iqtisadi inkişaf və dövlət quruculuğu daxildir. Təhsil sahəsində layihələr və təşəbbüslər üzrə tədqiqat köməkçisi kimi geniş təcrübəyə malikdir. Xanım Ramazanova 2011-ci ildə QTRM-in Gənc Tədqiqat Təqaüd Proqramının bir hissəsi olan “İctimai Tədqiqat Araşdırmalarına, Təhsilin Keyfiyyətinə və Azərbaycanda İnsan Kapitalına İnam” mövzusunda tədqiqat aparıb.

Nərgiz Quliyeva

Nərgiz Quliyeva Azərbaycan Dillər Universitetinin Regional Tədqiqatlar və Beynəlxalq Münasibətlər fakültəsi üzrə bakalavr dərəcəsini bitirmişdir. 2011-2012-ci illərdə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri Bürosu tərəfindən Qlobal Mübadilə Proqramının bir hissəsi kimi, Graceland Universitetində Beynəlxalq Əlaqələr üzrə təhsil almışdır. Hal-hazırda QTRM-də Rabitə və Tədqiqat köməkçisi vəzifəsində çalışır. Xanım Quliyevanın tədqiqat layihəsi “Azərbaycan Respublikasında yeniyetmə cinayətlərinin müəyyənləşdiricisi nədir?” adlanır.

Şəbnəm Ağayeva

Şəbnəm Ağayeva Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi Elmlər üzrə bakalavr dərəcəsini bitirib və Beynəlxalq Münasibətlər üzrə ixtisaslaşıb. Hazırda Şəbnəm ATƏT / DTİHB Azərbaycan üçün Seçki Müşahidə Misyası üçün çalışır. Onun vəzifəsi 2013-cü il prezident seçkisi baş əməliyyatlar üzrə mütəxəssis köməkçisidir və o, misyanın bütün əməliyyat aspektlərinə köməklik göstərməkdə məsuliyyət daşıyır. Xanım Ağayeva Cənubi Qafqazın Amerika Tədqiqat İnstitutu üçün Tədqiqat Təqaüd Komitəsinin üzvü olmuşdur. Onun tədqiqat maraqlarına əsasən beynəlxalq təhlükəsizlik, münaqişələrin idarə olunması, etnik münaqişələr və ziddiyyətlər aiddir.  Şəbnəm Ağayeva “Ailədaxili fiziki zorakılıqla məşğul olan QHT-lərdə xidmətlərin qeyri-kafiliyi” mövzusunda tədqiqat aparmışdır.

Aysel Əliyeva

Aysel Əliyeva Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Münasibətlər üzrə bakalavr və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsini bitirmişdir.  Xanım Əliyevanın tədqiqat layihəsi “Azərbaycanda HİV / AİDS infeksiyasının artımı narkotik istifadəçilərinin sayı ilə bağlıdır” mövzusu ilə bağlı idi. Gənc Tədqiqat Təqaüd Proqramı zamanı qazandığı bacarıqlar ona dissertasiya zamanı  tədqiqat aparmaqda və data bazası yaratmaqda kömək etmişdir.

Vladimir Rodin

Vladimir Rodin Sosial Elmlər üzrə bakalavr dərəcəsi alıb və hazırda Bakı Dövlət Universitetində İdarəetmə Sosiologiya ixtisası üzrə magistr dərəcəsində təhsilini davam etdirir. QTRM-ə gənc təqaudçü kimi qoşulmadan əvvəl cənab Rodin müxtəlif qiymətləndirmələr apararaq və digər vəzifələrdə çalışaraq müxtəlif layihələrə yardım etmişdir. Onun tədqiqat maraqlarına yeni inkişaf edən sahələrə aid sosial proseslər və tədqiqatlar daxildir. Vladimir Rodin “Bakıda kişilər arasında qumarların əsas müəyyənləşdiriciləri nələrdir?” mövzusunda tədqiqat aparmışdır.