Onlayn Məlumatların Təhlili

QTRM Gürcüstan ofisi yeni və maraqlı Online Data Analizi (ODA) vasitəsi yaratmışdır. ODA, SPSS və ya STATA kimi statistika proqramları olmadan, istifadəçilərə onlayn olaraq sorğu datalarına asanlıqla daxil olmağa və data əldək etməyə imkan verir. ODA, tədqiqat və ya statistika sahəsində dərin bilikləri olmayan insanlar üçün sadə statistika təhlili üçün müxtəlif imkanlar təmin edir. Birincisi, eyni dizayn və metodologiyaya əsaslandığı üçün Cənubi Qafqazın müəyyən məsələlərdə tam şəkildə təsvir oluna biləcəyi Ermənistan, Azərbaycan və Gürcüstan arasında çarpaz-ölkə təhlil aparmağa imkan yaradır. İkincisi, 2008-ci ildən 2013-cü ilə qədər olan dövrü əhatə edən, hər bir ölkə üçün olan dəyişəndə zaman-seriyası analizi həyata keçirilə bilər. Üçüncüsü, iki dəyişən arasındakı əlaqələr hər bir ölkənin data dəstində də təhlil edilə bilər. ODA son dərəcə istifadəçi dostudur. Bir kliklə maraqlandığın sorğunu seçə və figur və tezlik cədvəlinin hər ikisini əldə edə bilərsiniz. Grafiklər əlçatan format (pdf, jpeg, png, svg) və cədvəllər isə Excel formatında ixrac edilə və yüklənilə bilər. Gürcüstan, Ermənistan və Azərbaycanda 2009 və 2010-cu ildə keçirilən Qafqaz Barometri sorğuları, həmçinin də 2009 və 2011-ci illərdə Gürcüstanda keçirilən Media sorğuları mövcuddur. Yeni QTRM data bazası ODA-ya müntəzəm olaraq əlavə olunacaq.

Qafqaz Barometrinə istinad

Qafqaz Barometrinin datasından sitat gətirərkən aşağıdakı istinadı istifadə etməyinizi xahiş edirik.
Qafqaz Tədqiqat Resurs Mərkəzləri. (data dəstinin il) “Qafqaz Barometri”. [data dəsti] Buradan alındı http://www.crrccenters.org/caucasusbarometer/  {burada data bazasına daxil olma tarixi}