Layihə İcmalı

Cənubi Qafqaz regionunda müstəqil və unikal data mənbəsi

QTRM-in əsasını təşkil edən Qafqaz Barometri sosial və siyasi məsələlərə əsaslanan genişmiqyaslı bir tədqiqatdır (ümumi olaraq 2013-cü ildə Cənubi Qafqazın üç ölkəsində təxminən 6,000 respondent, hər bir ölkəyə 2,000 respondent). 2008-ci ildən etibarən vahid dizayn və metodikaya əsasən həyata keçirilmişdir. Qafqaz Barometri tədqiqatçılar və siyasətçilər üçün rəsmi statistikanın üstünlük təşkil etdiyi yeganə müstəqil, etibarlı və davamlı data mənbəyi kimi yaranmışdır. Təkcə 2008-ci ildən 2013-cü ilədək Azərbaycan data dəsti cinsi, yaşı, məskunlaşma yeri, gəlir, təhsil səviyyəsi kimi müxtəlif sosial kateqoriyalara aid olan respondentləri müəyyən edən 226 sualdan ibarətdir. Bu, bu sosial qruplar daxilində müxtəlif sosial və siyasi tendensiyaları öyrənmək üçün imkanlar yaradır. Suallar siqaret çəkmək, restorana getmək, səhiyyə kimi şəxsi,  könüllü olmaq, ianə vermək, ictimai tədbirlərə qoşulmaq kimi sosial, prezident və digər siyasi qurumlara inam, siyasi seçkilərin ədalətli olması və s. kimi siyasi məsələlərdən ibarətdir.

Datanı necə toplayırıq

Sorğular üz-üzə üsulla aparılır və respondentlərin cavablarını  mərkəzi data bazasına dərhal əks etdirən tabletlərdən istifadə edərək qeyd olunur. Doğru təcrübi dataların toplanması sosial tədqiqatlar üçün vacib bir əsasdır. Buna baxmayaraq, Cənubi Qafqazda, ictimai, siyasi və iqtisadi məsələlər barədə etibarlı, çağdaş və əlçatan data kifayət qədər təmin edilmir. QTRM-in əsas məqsədi Cənubi Qafqazla bağlı geniş əhatəli demoqrafik, sosial, iqtisadi və siyasi dəyişənlərə əsaslanaraq etibarlı dataların əlçatan olmasını təmin etmək və saxlamaqdır. Regiondakı bir çox digər sorğu və tədqiqatlardan fərqli olaraq, yaradılan datalar ictimaiyyətə açıqdır və Onlayn Data Analizi (ODA) vasitəsi ilə asanlıqla istifadə və təhlil edilə bilər. ODA, tədqiqat və ya statistika ilə bağlı minimum biliklə sizə  sadə statistika analizini aparmağa və aşağıdakıları etməyə imkan verir:

  • Cənubi Qafqazın müxtəlif sosial göstəricilərə dair tam təsvirini yaratmağa imkan verən Ermənistan, Azərbaycan və Gürcüstan arasında çarpaz-ölkə təhlili.
  • 2008-ci ildən 2013-cü ilədək olan dövrləri əhatə edən hər bir ölkə üçün bir sıra dəyişənlərə dair vaxt seriyası analizi də həyata keçirilə bilər.
  • Hər bir ölkənin data dəstindəki iki dəyişən arasındakı əlaqənin təhlili.